Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır” - Rauf Əliyev
Tarix: 16.03.2019 | Saat: 18:20:00
Bölmə:Siyasət | çapa göndər

“Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır”. 

Hafta.az xəbər verir ki, bunu millət vəkili Rauf Əliyev Azərbaycan paytaxtında keçirilən VII Qlobal Bakı Forumunu şərh edərkən deyib.

Millət vəkili bildirib ki, VII Qlobal Bakı Forumunda hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazir, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, çoxsaylı analitiklər, jurnalistlər və gənc liderlərin iştirakı ildən-ilə foruma marağın artdığına, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyinə bariz nümunədir: “Artıq mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumunun əsas mövzusunun “Dünyanın yeni xarici siyasəti” müəyyən edilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin forumun açılış mərasimindəki nitqində qeyd etdiyi kimi, son forumdan etibarən ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizliklə bağlı məsələlərdə çox şey dəyişib. Bu forumun və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi göstərir ki, ölkəmiz dünyada yüksək nüfuza malikdir, multikulturalizmin dövlət siyasəti kimi həyata keçirildiyi, dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan bir ölkədir. Artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir platformaya çevrilib. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş müdrik siyasətin nəticəsidir".

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019