Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əfv sərəncamı 24 saat müddətində icra olunacaq
Tarix: 16.03.2019 | Saat: 18:35:00
Bölmə:Hadisə | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 24 saat müddətində icra olunacaq.

Hafta.az xəbər verir ki, əfv olunan şəxslər bu müddət ərzində azadlığa buraxılacaqlar.

Qeyd edək ki, sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama görə, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019
Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil - Əli Həsənov
Jurnalistika ixtisası üzrə magistraturaya qeydiyyat başlayıb
“E-sosial” internet portalına bu günədək 100 mindən çox baxış olub
“Adlarını siyahıda tapmayanlar məhkəməyə müraciət etmək hüququ qazanır” – Vüqar Bayramov
İki maşın toqquşdu - Ölən və xəsarət alan var
Azərbaycan İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb
Bakıda “Pablo Eskobar” ləqəbli narkobaron saxlanılıb - FOTO
İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb
İqlim dəyişikliyinə qarşı mübarizə sahəsində yeni layihənin açılışı olub