Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Prezident ona ünvanlanan hər bir müraciətə həssaslıqla yanaşır" - Sona Əliyeva
Tarix: 16.03.2019 | Saat: 19:20:00
Bölmə:Siyasət | çapa göndər

"Ölkə başçısı növbəti dəfə humanist addım atdı. Novruz bayramı öncəsi təkcə əfv olunanların deyil, onların ailələrinin də sevincinə səbəb oldu. Bu fərman ümumilikdə 431 nəfərə şamil edildi. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olundu. Bu fərman bir daha onu göstərdi ki, Azərbaycan prezidenti ona ünvanlanan hər bir müraciətə həssaslıqla yanaşır".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

Millət vəkili bildirib ki, ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanda bir qrup tanınmış məhbusun adının olması təqdirəlayiq hadisədir: "Xüsusilə tanınan isimləri imzalanan əfv sərəncamında görmək cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaradacaq. Cəmiyyəti barış, dostluq, anlaşma ovqatına kökləyəcək. Ölkə rəhbərliyinin başlatdığı yeni islahatların sözdə islahat olmadığı təsdiqlənməklə, onun mövqelərini daha da möhkəmləndirəcək. Rəqəmlər təkcə bu dəfəki əfv qərarının əhatəliliyini deyil, həm də onun siyasi əhəmiyyətini göstərir. Ümumilikdə 50-dən çox cəmiyyətdə tanınmış şəxs əfv edilib ki, bu da öz növbəsində ölkənin ictimai-siyasi həyatına təsirsiz ötüşməyəcək. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu faktlar humanizmin, bağışlamağın Azərbaycan hakimiyyətinin ümdə dəyərlərindən olduğunu təsdiq edir".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019