Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bu fərman Azərbaycan Prezidentinin hər kateqoriyadan olan insanlara qayğısının göstəricisidir" - Millət vəkili
Tarix: 16.03.2019 | Saat: 19:51:00
Bölmə:Siyasət | çapa göndər

"Mənə belə gəlir ki, ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanı hər bir azərbaycanlı alqışlamalıdır".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, 431 nəfər məhbusa şamil olunan bu fərman təqdirəlayiqdir: "Həyatda səhvsiz insan yoxdur. Hər kəs səhv edə bilər. Hər şeyin baş verməsi mümkündür. Bilmədən, bilərəkdən cinayət törədilir. Ancaq bu insanlara humanistlik, insanpərvərlik göstərib onları bağışlamaq daha böyük alicənablıqdır. Bu əziz gündə o insanlar ailələrinə qovuşacaq. Yəqin ki, səhvlərini də dərk ediblər. Cəzalarının müəyyən hissələrini çəkiblər. Bir hissəsi qalıbdı. Bu bayram günlərində onların azadlığa çıxmasından, ailələri ilə bir yerdə olmasından gözəl nə ola bilər".

Elman Məmmədov bildirib ki, bu əfv fərmanı ilə bağlı hər bir azərbaycanlı ölkə başçısı İlham Əliyevə təşəkkür etməlidir: "Onu da qeyd edim ki, bu əfv fərmanı deyil. Cənab prezidentimizin ölkəyə rəhbərliyi dövründə artıq neçənci dəfədir ki, bu cür fərmanlar imzalanıb. Bu fərman Azərbaycan Prezidentinin hər kateqoriyadan olan insanlara qayğısının göstəricisidir. Əfv fərmanı məhbusların normal həyata qayıtması üçün atılan müqəddəs addımdır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019