Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İqtisadiyyata investisiya qoyuluşu 9% azalıb
Tarix: 16.03.2019 | Saat: 20:18:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu ilin yanvar-fevral ayında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1711,2 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% az vəsait yönəldilib.

Hafta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərf edilmiş vəsaitin 69,6%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2,0%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 15,5% artıb. Ümumi sərmayənin 60,3%-i məhsul istehsalı obyektlərinin, 30,5%-i xidmət sahələri üzrə obyektlərin, 9,2%-i isə ümumi sahəsi 252,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3%, əhalinin şəxsi vəsaitləri 6,0%, bank kreditləri 4,6%, büdcə vəsaitləri 22,0%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.



Bölməyə aid digər xəbərlər
19.04.2019 Qızıl bahalaşdı

Xəbərə şərh yaz
20.04.2019
19.04.2019