Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakı meriyasından güclü küləklə bağlı xəbərdarlıq
Tarix: 18.03.2019 | Saat: 10:05:00
Bölmə:Sosial | çapa göndər

Bakı Şəhər İcra Hakimiyyəti gecədən başlayan güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.

Bu haqda BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyindən hafta.az-a verilən məlumatda bildirilib. 

Qeyd olunub ki, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir:

 “Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur”. 

Hazırda paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı çağırışlar daxil olub. Birlik əməkdaşları hadisə yerlərinə yollanıblar. Yaxın saatlarda küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq. 

Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019