Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Prezident heç bir fərq qoymadan bu insanları əfv etdi" - Millət vəkili
Tarix: 18.03.2019 | Saat: 12:14:00
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamında bir çox məhbuslar azadlığa buraxıldı, ömürlük həbs olunanların isə cəza müddəti azaldıldı.

Məsələ ilə bağlı hafta.az-a danışan millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, budəfəki əfv sərəncamı kəmiyyət və keyfiyyətə görə fərqlənir:

Bu əfv sərəncamını bir hüquq müdafiəçisi kimi müsbət dəyərləndirirəm. Cənab Prezident hər il bu cür humanist addımlar atır. Hətta bəzən ildə iki dəfə əfv sərəncamı imzalayır. Biz bunu gözləyirdik. Bunu başqa cür qiymətləndirmək də mümkün deyil. Çünki insanlara sevinc, azadlıq bəxş edir. Elə hesab edirəm ki, buna hamı sevinməlidir. Müəyyən problemli məhbuslar var idi. Onların məhkəmə zamanı insan hüquqlarının pozulması ilə bağlı fikirlər, mübahisələr səslənirdi. Həmçinin, müxtəlif siyasi və radikal partiyaların nümayəndələri var idi. Cənab Prezident heç bir fərq qoymadan bu insanların böyük əksəriyyətini azad etdi. Mən də bu addıma görə Prezidentə təşəkkür edirəm. Eyni zamanda, azadlığa çıxmış siyasi əqidəsindən, cəmiyyətdəki mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər kəsi və onların ailə üzvlərini təbrik edirəm”.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub. Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, "Nida" hərəkatının üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank" ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019