Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Region ölkələri içində bağışlamaq hüququndan ən çox istifadə edən Prezident İlham Əliyevdir" - Hüquq müdafiəçisi
Tarix: 18.03.2019 | Saat: 12:29:00
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamında bir çox məhbuslar azadlığa buraxıldı, ömürlük həbs olunanların isə cəza müddəti azaldıldı.

Bununla bağlı hafta.az–a açıqlama verən hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, Prezidentin bu addımı alqışlanmalıdır:

“Son 10 ayda ölkə prezidenti 1065 məhbusu əfv etdi. Onların içərisində tanınan-tanınmayan, kimsəsizlər də var. Biz ümumi humanistlik prinsipini əsas götürməliyik. Cənab Prezident heç bir fərq qoymadan o insanları əfv etdi. 431 nəfərdən, 399 nəfəri bilavasitə cəzadan azad olundu. Çox gözəl bir təşəbbüsdür, mən alqışlayıram. Region ölkələri içində bağışlamaq hüququndan ən çox istifadə edən Prezident İlham Əliyevdir".

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub. Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, "Nida" hərəkatının üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank" ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019