Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bağışlayan və humanist prezidentin adı ilə... – Novruz öncəsi qapısı açılan məhbusların duası
Tarix: 18.03.2019 | Saat: 13:02:00
Bölmə:Siyasət | çapa göndər

Ölkə başçısı İlham Əliyev martın 16-da sərəncam imzaladı. Bəli, bu dəfə əfv sərəncamından yazacağam. Prezidentin imzaladığı sərəncamda məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alındığı vurğulanır. Humanizm prinsiplərinə əsaslandığı qeyd edilir. Buna heç şəkk-şübhəniz olmasın.

Ölkə başçısı bir sıra məhkumun, onların ailə üzvlərinin, hüquq müdafiəçilərinin prezidentə ünvanladıqları müraciətlərə dövlət rəhbərinin həssaslıqla yanaşdığının növbəti dəfə şahidi olduq. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildı. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edildi. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olundu. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildi. Üç nəfərin islah işləri cəzası, bir nəfərin ictimai işlər cəzası, 12 nəfərin isə cərimə cəzası bağışlandı. Sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.

Əvvəla, onu qeyd edim ki, ölkə başçısının Novruz, ümumiyyətlə, milli bayramlar ərəfəsi sərəncam imzalaması artrıq ənənəyə çevrilib. Hər il yüzlərlə insan əfv olunur. Cəzaları, işlədiyi cinayətlər bağışlanır. Onu da deyək ki, son 16 ildə bu dövlət başçımızın 33-cü belə humanizm addımıdır. 33 əfv sərəncamından 5 minə yaxın ailəyə pay düşüb. Bundan başqa bu müddət ərzində Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsüylə 4 amnistiya olub. On minlərlə soydaşımız da o zaman sevinib. Ölkə rəhbərinin son sərəncamında əfv olunanlar arasında siyasi fikirlərindən, milli mənsubiyyətindən asılı olmayaraq qapı açıldı. Bu bir daha göstərir ki, dövlət başçısı hər bir azərbaycanlının prezidentidir. Hətta əfv olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qohumları da vardı. Bəlkə də prezident ictimaiyyət arasında müəyyən qüvvələr tərəfindən tanıtdırılan bəzi şəxslərin heç adını da bilmirdi. Amma əfv sərəncamından onlar da öz nəsiblərini aldılar. Bunu mən yox, bir çox ictimai şəxslər, cəmiyyətimizin ziyalıları da deyir.

Ölkə rəhbəri bu sərəncamla bir daha bağışlayan, humanist bir rəhbər olduğunu ortaya qoydu. Əfv olunan məhbusların təcridxana qapılarının önündə - azadlığın beş addımlığında jurnalistlərlə bölüşdüyü təəssüratlar diqqətimi çəkdi. Onlar –obrazlı desək – söhbətlərinə bağışlayan və humanist prezidentin adıyla – deyə başlayırdılar. Ağızları dualı idi. Dövlət rəhbərinə, dövlətə işıqlı yol arzulayırdılar. Bundan gözəl alğış ola bilərmi?

Dövlət başçısı bir daha yüzlərlə ailəni sevindirdi. Çox güman ki, özü də xalqla bərabər sevindi. Çünki prezident dəfələrlə bildirib ki, sadə insanlar sevinəndə o da sevinir.

Əlbəttə, həyatda səhvsiz insan yoxdur. Hər kəs səhv edə bilər. Bilmədən, bilərəkdən cinayət törədilir. Ancaq bu insanlara humanistlik, insanpərvərlik göstərib onları bağışlamaq daha böyük alicənablıqdır.

Novruz bayramı ərəfəsində imzalanan əvf sərəncamı Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində hər zaman ölkə vətəndaşının yanında oluğunun daha bir təsdiqi kimi tarixə qovuşdu. Ölkə Başçısı dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, daim xalqı ilə birgə olmağın onun üçün həyat amalı olduğunu bir daha təsdiq etdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019