Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezidentin əfv sərəncamından minlərlə insana sevinc payı düşdü” – Azər Badamov
Tarix: 18.03.2019 | Saat: 14:14:00
Bölmə:Siyasət | çapa göndər

“Cənab prezidentin martın 16-da imzaladığı əfv sərəncamı xalqımız tərəfindən sevinclə qarşılandı. Bu əfv sərəncamı ölkə başçısının Novruz bayramı münasibəti ilə məhbuslara, onların ailələrinə, xalqımıza ən böyük hədiyyəsidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Prezident İlham Əliyevin Novruz bayramı münasibəti ilə imzaladığı əfv sərəncamına münasibət bildirən millət vəkili hesab edir ki, ölkə başçısının imzaladığı bu əfv sərəncamı məhkumluq həyatı yaşayan – siyasi fikirlərindən, düşüncələrindən asılı olmayaraq hər kəsi, hər bir zümrəni əhatə etdi: “Bu sərəncamın demokratik bir sərəncam olduğunu demək istəyirəm. Yəni, 430-dan çox məhbusa şamil olunan bu sərəncam yüzlərlə, minlərlə insanı sevindirdi. Çünki bu sevinc 430-dan çox ailədə yaşandı. Hər ailə də 4-5 nəfərdən ibarət olur. Bu müstəvidən baxanda minlərlə insana bu əfv sərəncamından sevinc payı düşür. İmzalanan sərəncam məhkum həyatı yaşayan insanlara yaradılan şəraitin göstəricisidir. Onların cəmiyyətdə özlərini doğrultması üçün imkandır. Özlərini cəmiyyətdə müsbət mənada təqdim etmələri üçün yaradılanm şəraitdir. Yəni, bir daha cinayət törətməsinlər. Sərəncam imzalananda əfvə düşəcək insanların törətdiyi cinayətlərin ağırlıq dərəcəsi nəzərə alınır. Əsasən cəmiyyət üçün təhlükəli olmayan insanlar əfv sərəncamına düşür. Düşünürəm ki, bu ölkə başçısı tərəfindən atılan çox böyük humanist addımdır. Bu bir daha onu göstərir ki, cənab prezidentimizin siyasətinin təməlində insan amili dayanır. Humanizm prinsipi daha yüksək tutulur”.

Qeyd edək ki, martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Prezidentin imzaladığı sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019