Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkə başçısı növbəti dəfə humanizm və mərhəmət nümayiş etdirdi” – Əliməmməd Nuriyev
Tarix: 18.03.2019 | Saat: 15:02:00
Bölmə:Siyasət | çapa göndər

“Ölkə başçısı növbəti dəfə humanizm və mərhəmət nümayiş etdirərək əfv sərəncamı imzaladı. Əfv sərəncamına əsasən 431 nəfər cəzadan azad edildi. Həmin şəxslər artıq azadlıqdadırlar. Dünən Ədliyyə Nazirliyi tərəfindən çox qısa müddət ərzində əfv sərəncamı çox yüksək səviyyədə icra olundu. Proses tam şəffaf şəraitdə keçdi. Yüzlərlə ailə sevindi”.

Bunu hafta.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Novruz bayramı ərəfəsi ölkə başçısının əfv sərəncamı imzalanması ümidlərin reallaşmasına və yeni ümidlərin yaranmasına bir təkan verir: “Təsadüfi deyil ki, siyasi baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, bərabər bir yanaşma tətbiq olundu. Nəinki ölkə vətəndaşları, hətta əcnəbilər də əfv sərəncamının predmetinə çevrildilər. Əfv siyahısında biz onların da adlarını gördük. Ən maraqlısı ondan ibarətdir ki, cəmiyyətdə tanıdılan, bu və ya digər müzakirələrdə adları hallanan 52 şəxsin də adı siyahıda görüldü. Cənab prezident bu sərəncamla ona işarə etdi ki, onun siyasətinin mərkəzində ilk növbədə vətəndaş amili, insan hüquq və azadlıqlarının qorunması dayanır. Əqidəsindən, baxışından asılı olmayaraq, hər kəs etdiyi hərəkətə görə cavab verməlidir. Eyni zamanda, həmin şəxs əfv oluna, bağışlana bilər. Bu sərəncamla cənab prezident tərəfindən mövqeyindən asılı olmayaraq hər kəsə belə bir imkan yaradıldı. Bu şəxslərə yenidən şans verildi”.

Əliməmməd Nuriyev düşünür ki, bütövlükdə əfv olunan şəxslər bu şansı düzgün qiymətləndirməlidir: “Onlar yaxınlarına, ailələrinə sevinc bəxş etməklə yanaşı, həm də ölkə quruculuğu prosesində də fəal şəkildə iştirak etməlidirlər. İctimai faydalı işlərlə məşğul olmalıdırlar. Çalışmalıdırlar. Bir daha onların yolu cəzaçəkmə müəsisələrinin qapılarından keçməməlidir. Belə düşünürəm. Hesab edirəm ki, bu belə də olacaq. Çünki ötən gün əfv sərəncamı zamanı keçmiş məhkumların, eləcə də onları qarşılayanların üzlərində bir ümid gördüm. Bu ümid ona işarədir ki, onlar bir daha həmin həyata qayıtmalarını arzu etmirlər. Düşünürəm ki, onlar bu yanaşmanı, prezidentin əfv sərəncamını düzgün dəyərləndiriblər. Cənab prezidentin sərəncamı bir daha göstərdi ki, Azərbaycan vətəndaşının problemləri bu ölkədə həll olunur. Bu ölkədən kənarda hər hansı bir formada Azərbaycan dövlətinə, dövlətin siyasətinə təsir etmək mümkün deyil. Bu siyasət Azərbaycan xalqının, vətəndaşlarının maraqlarına söykənən müstəqil siyasətdir”.

Qeyd edək ki, martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Prezidentin imzaladığı sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019