Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakı şəhərində maşın üzərinə aşan ağac... niyə budanma aparılmır? AÇIQLAMA
Tarix: 18.03.2019 | Saat: 15:23:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Bakıda güclü külək nəticəsində iki maşının üzərinə ağac aşıb.  Hadisə paytaxtın Təbriz küçəsində baş verib. Belə ki, sərv ağacı kökündən çıxaraq iki avtomobilin üzərinə düşüb. Nəticədə hər iki maşına zərər dəyib. Təsadüfi deyil ki, belə hallar Bakı şəhərində tez-tez baş verir. Bəs aidiyyatı qurumlar belə ağacların təhlükəli vəziyyətdə olub-olmaması haqqında monitorinqlər aparırmı?

Hafta.az məslə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovla əlaqə saxlayıb. Qurumun sözcüsü deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxıb rəy verməsə, icra qurumları heç nə edə bilməzlər:

“Bu səbəbdən ilk növbədə sakinlərin müraciəti əsasında ETSN rəy verir, ondan sonra icra qurumları işə başlayırlar".

İ.Kərimov "hazırda şəhərdə ağacların budanması prosesi necə təşkil olunub?- sualına cavab olaraq bildirdi: 

"Ağacların budanması ilə bağlı işlər hal-hazırda qrafik üzrə aparılır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019