Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BSU-da Novruz şənliyi
Tarix: 18.03.2019 | Saat: 15:50:00
Bölmə:Sosial | çapa göndər

Martın 18-də Bakı Slavyan Universitetinin (BSU) ikinci tədris binasında filologiya və xarici dil müəllimliyi, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nurlana Əliyeva bu bayramın tarixin ən qədim dövrlərindən günümüzə qədər gəldiyini, sülh, əmin-amanlıq rəmzi olduğunu bildirib.

Nurlana Əliyeva deyib: “Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm. Kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır”. Rektor gənclərin Azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşəcəklərinə inamımı ifadə edib, bayram münasibətilə xoş arzularını dilə gətirib.

Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev, filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva Novruz bayramı münasibətilə təbrik nitqi səsləndiriblər. Professor Eldar Piriyev bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın əziz el bayramı olan Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva Novruz bayramı münasibətilə BSU kollektivini təbrik edib, bol ruzi-bərəkət arzulayıb.

Sonra qara zurnanın sədaları altında Kosa, Keçəl və Bahar qızının gəlişi, Kosa ilə Keçəlin deyişməsi bayram şənliyində xüsusi ab-hava yaradıb. Milli geyimli tələbələr tədbir iştirakçılarına bayram xonçası təqdim ediblər.

Tədbir geniş konsert proqramı ilə davam edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019