Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Siçanabənzər gəmiricilərə qarşı mübarizə davam etdirilir
Tarix: 18.03.2019 | Saat: 16:06:00
Bölmə:Sosial | çapa göndər

Cari ilin mart ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı kompleks mübarizə tədbirləri davam edib.

Hafta.az xəbər verir ki, Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri mart ayının 1-dən 14-nə qədər 2019-cu ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrini, meyvə bağlarını, çoxillik otlaqları və təbii otlaqları əhatə edən 1575 hektar sahədə siçanabənzər gəmiricilərin yayılmasını müəyyən etmək məqsədilə fitosanitar müşahidə işləri aparılıb. Müşahidə işləri aparılmış sahənin 1000 hektarında siçanabənzər gəmiricilərlə sirayətlənmə müəyyən olunub. Gəmiricilər əsasən rayonun Cəlayır, Ağyazı, Almalı, Zəyəm, Qaratala, Əmircan və Əlibəyli kəndlərini əhatə edən payızlıq taxıl, çoxillik otlaq və təbii otlaq sahələrində, eləcə də meyvə bağlarında müşahidə olunub.

Gəmiricilərə qarşı 910 hektar sahədə dövlət büdcəsi hesabına alınmış sink-fosfid preparatından istifadə edilməklə, kimyəvi mübarizə həyata keçirilib.

Qeyd edilən dövrdə Lənkəran rayonu ərazisində də fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilib. Belə ki, Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri 2019-cu ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrini, meyvə bağlarını, çoxillik otlaqları və təbii otlaqları əhatə edən ümumilikdə 340 hektar sahədə fitosanitar müşahidə işləri aparıblar və 91 hektar sahənin gəmiricilərlə sirayətləndiyini müəyyən ediblər. 31 hektar sahədə isə dövlət büdcəsi hesabına alınmış “Brodifak-0,25%” preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Füzuli rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən göstərilən dövrdə 4124 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə işləri aparılıb və 1390 hektar sahədə sirayətlənmə müəyyən olunub. Sirayətlənmə əsasən rayonun Ermənistan ordusu tərəfindən işğal olunmuş ərazilərinə yaxın olan Qaraxanlı kəndinin Şpartı bölgəsini, Haramı düzündə yerləşən 4 saylı İri Taxılçılıq Təsərrüfatına məxsus taxıl sahələrini, Kürdmahmudlu, Alxanlı kəndlərini və Buğra dərəsi ərazisində yerləşən əkin sahələrini əhatə edib. Ümumilikdə 848 hektar sahədə dövlət büdcəsi hesabına alınmış “Brodifak-0,25%” və Sink-fosfid preparatlarından istifadə edilməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri də bu dövrdə gəmiricilərin yayılma arealını müəyyən etmək məqsədi ilə 2019-cu ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrində, meyvə bağlarını, çoxillik otlaqları və təbii otlaqları əhatə edən 3625 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb və 2572 hektar sahədə sirayətlənmə müəyyən edilib. Sirayətlənmə əsasən rayonun Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli, Mülkülü, Qədirli, Əyyublu kəndlərindəki və Ceyrançöl düzündəki əkin sahələrində müəyyən edilib.

Gəmiricilərə qarşı ümumilikdə 2222 hektar sahədə dövlət büdcəsi hesabına alınmış sink-fosfid preparatından istifadə edilməklə, kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Hazırda adıçəkilən rayonlarda fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, kimyəvi mübarizə tədbirləri aparılan bölgələrdə fermer təsərrüfatı sahibləri və sahibkarlarla pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı təlimatlandırma və maarifləndirmə işləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019