Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Deputat seçicilərinə bayram sovqatı çatdırdı
Tarix: 18.03.2019 | Saat: 17:36:00
Bölmə:Gündəm | çapa göndər

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində martın 18-də Goranboy, Ağdam və Tərtər rayonunun bir çox yaşayış məntəqələrində deputatın ofisinin nümayəndələrinin yerli ictimaiyyət və seçicilərlə səyyar görüşləri keçirilib.

Hafta.az xəbər verir ki, görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə və adı çəkilən rayonlarda uğurla həyata keçirilən dövlət proqramları, infrastruktur layihələri, quruculuq-abadlıq işləri vurğulanıb, dövlət başçısının əhalinin və vətəndaşlarımızın sosial müdafiəsinə yönəlmiş yeni sosial islahat paketinin tərkib hissəsi olan son fərman və sərəncamlarının (əməkhaqqılar, müavinətlər, şəhid ailələri və məcburi köçkünlər, problemli kreditlər, çoxmənzilli yaşayış binalarında mülkiyyət hüququ verən sənədlərin verilməsinin asanlaşdırılması və s.barədə atılan addımlar) mahiyyəti haqda geniş məlumat verilib və bütün bu işlər yüksək dəyərləndirilib.

Görüşlərdə həmçinin deputat ofisinin nümayəndələri tərəfindən bir qrup seçicinin fərdi və kollektiv qaydada müraciətləri dinlənilib və onların qaldırdıqları sosial problemlərin həllində mövcud imkanlar daxilində onlara köməklik göstərilib.

 Görüşlərdən sonra yerli ictimaiyyətin iştırakı ilə Goranboy rayonunun 28 kəndini əhatə edən 410, Tərtər rayonunun 3 kəndinin əhatə edən 90 və Ağdam rayonunun Yeni İmanqulubəyli qəsəbəsində, Bakı və Sumqayıt şəhərlərində məskunlaşan 350, bütövlükdə isə 3 rayon üzrə 850 şəhid, əlil və aztəminatlı ailənin hər birinə deputatın Novruz bayramı münasibətilə təbrik açıqcaları və hər bir ailəyə bütün zəruri ərzaq məhsullarından ibarət təxminən 10 kq civarında bayram sovqatları çatdırılıb.

 Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər. Görüşlərdə bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi barədə seçicilərə məlumat verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019