Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mazımçay Gömrük Postunda bir gün – “0 nöqtəsi”ndən qeydlər
Tarix: 18.03.2019 | Saat: 17:23:00
Bölmə:Reportaj | çapa göndər

Sizə hardan xəbər verim, nədən danışım, Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün təşkil etdiyi təlimdən. Budəfəki səfərimiz Şəkiyə idi. Martın 13-də Bakıda komitənin qarşısından şimal-qərb bölgəmizə yola düşdük. Komitə əməkdaşları gömrük sistemində baş verən yenilikdən, innovativ gəlişmələrdən danışacaqdılar.

"Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövsusunu əhatə edən təlimin ilk günü xoş nüanslarla yadda qaldı. Əvvəlcə tədbirin açılış mərasimi gerçəkləşdi. Sonra Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin əməkdaşları təlim keçdilər. Onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"dan danışdılar. Ardınca mövzu ilə bağlı müzakirələr aparıldı. Jurnalistlər onlara qaranlıq qalan məsələlərlə bağlı sağdan-soldan suallar yağdırır, gömrükçülər isə səbrlə, təbəssümlə cavablayırdılar.

Sonra sual yağışının önünə Gömrük Risklərinin İfadə Olunması və Audit Baş İdarəsinin əməkdaşları keçdi. Onlar da öz növbəsində gömrük işinin təşkilində risk meyarlarından bəhs elədilər. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələrlə bağlı söz açdılar.

Gömrük generalı görün nələr dedi...

Açığını deyim ki, bu təlimə qədər Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Gömrük Xidmət General-mayoru Mirqasım Vahabovun adını eşitsəm də üzünü görməmişdim. Bir az zəhmlidir. Söhbət general zəhmindən gedir. Eyni zamanda, fikirlərini çox sərrast, lokanik ifadə edir. Mirqasım müəllimin ötkəm baxışla söylədiyi nitqdən yadımda daha çox statistik rəqəmlər qalıb. General-mayorun sözlərinə görə son bir ildə 30-a yaxın DGK əməkdaşına korrupsiya faktlarına görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. Bəli, düz eşitdiniz, 30-a yaxın. Cənab generalın sözlərinə görə onlar çalışırlar ki, gömrük orqanlarında çalışan minlərlə insanın hər biri əhaliyə mədəni xidmət göstərsin. General onu da bildirib ki, Gömrük islahatları cənab prezidentin müvafiq tapşırıq və sərəncamına uyğun olaraq həyata keçirilir: "Görülən işlər hər kəsin gözü qarşısındadır. Əlbəttə ki, gömrükdə çox böyük dəyişikliklər baş verib. İlk olaraq bu dəyişiklik Azərbaycanın milli inkişafına istiqamətlənmiş tədbirlərdir. Bu baxımdan belə görüşlərin təşkili də bizim üçün böyük əhəmiyyət kəsb edir. Jurnalistlər sərhəd- keçid məntəqələrində də olub, oradakı xidmətlərlə tanış ediliblər. Yəni hər şeyi gözlərinizlə görmüsünüz. Son bir ilin nəticəsi onu göstərirdi ki, şəffaflığı təmin etməyib, bir korrupsiyada əli olan əməkdaşlar hüquq mühafizə orqanına verilib. Son bir ildə 30-a yaxın əməkdaşımıza korrupsiya faktlarına görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb”.

İdarə rəisi onu da söylədi ki, gömrük orqanlarında çalışan minlərlə insanın hər biri əhaliyə mədəni xidmət göstərməlidir. Mirqasım müəllim onu da xüsusi vurğuladı ki, onlar bunun öhdəsindən gəliblər: “Kifayət qədər təlimlər keçirilir ki, orada da gömrük əməkdaşları da iştirak edirlər. Bu təlimlərdə də göstərilən xidmətlərlə bilvasitə tanış olacaqsınız. Cənab prezident tərəfindən təsdiqlənmiş yol xəritələri mövcuddur. Bu xəritələr ayrı-ayrı sahələri əhatə edir. Müəyyən edilən hədəflerə uyğun olaraq nəticələr də proqnozlaşdırılıb. Bir sıra qanunvericilik aktları da imzalanıb ki, burada biznes, investisiya mühitinin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu hədəflər yerinə yetirildikcə Azərbaycan iqtisadiyyatında artımlar müşahidə olunmaqdadır. Komitə sədrinin kifayət qədər imzaladığı sərəncamlarla ticarətin asanlaşması gömrük xidmətinin daha da yuksekdilmesi istiqamətində işlər görülür. Gömrükdə "Bir pəncərə", "Yaşıl dəhliz" sistemləri ticarətin və digər bu kimi işlərin asanlasmasına yardım edir".

Gedirik “0 nöqtəsi”nə - Mazımçaya...

Martın 13-də bir qrup KİV nümayəndəsinin Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” Gömrük Postuna səfəri təşkil edildi. Yəni “0 nöqtəsi”nə - Mazımçay Gömrük Postuna yollanırıq. Ölkəmizə gələn maşınlar, TIR-lar, onların keçidi, həyata keçirilən prosedurlarla yerindəcə tanış olmaq üçün səbirsizlənirik. Açığını deyim ki, “Mazımçay”a ilk səfərimdir. Şimal istiqamətindəki gömrük postların birində olmuşam. Amma qərb tərəflərə yolum düşməyib.

Gələk, səbəbi ziyarətimizə. Əsas məqsəddən danışmaq istəyirəm. Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda keçirdiyi təlim çərçivəsində baş tutub. Məqsəd media nümayəndələrinə bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin “Mazımçay” gömrük postunda tətbiqini əyani şəkildə nümayiş etdirmək olub. Gömrük əməkdaşları “Mazımçay”a düşər-düşməz bildirdilər ki, ixrac zamanı şəxs malları yükləmədən 1 saat öncə gömrük orqanına məlumat verir. Gömrük orqanı bu müddət ərzində risk analizləri əsasında təhlil aparır. Gömrük orqanı icazə verdikdən sonra gömrük təminat vasitələri tətbiq edilərək nəqliyyat vasitəsi sərhədə yola salınır.

“Mazımçay”dakı gömrükçülərlə söhbətləşirik. Prosedurlardan xəbər tuturuq. Deyirlər ki, idxal zamanı mallar ölkə ərazisinə gətirilməzdən 1 saat əvvəl qısa idxal bəyannaməsi göndərilir. Həmin bəyannaməyə əsasən nəqliyyat vasitəsinin gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidi təmin olunur və nəqliyyat vasitəsi birbaşa şəxsin anbarına yola salınır.

Genral Mirqasım Vahabov da söhbətə qoşulur. Bildirir ki, Azərbaycan Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli Fərmanına əsasən, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə ixrac və idxal zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib. O, bildirdi ki, bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addımdır. Bu il ümumilikdə 200-dək xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Gündə 150-160 avtomobil...

Türkiyədən gələn TIR-ları yoxlayan gömrük zabiti ilə söhbətləşirik. Deyir ki, 24 saatlıq növbəli naryad rejimi qrafiki üzrə xidmət aparırlar. Gündə neçə avtomobili yoxladığını soruşuram. Bir az düşünür, haradasa 150-160 avtomobil – cavabını verir.

Daha sonra Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevlə söhbətləşirik. Deyir ki, vətəndaş və sahibkarlar tərəfindən necə qarşılanır deyə onlarla görüşüb sorğu-sual aparırlar. Sürücülərdən də kreativ təkliflər almağa çalışırıq- deyir: “Çünki işin içində biz və onlarıq. Sualımız bununla bağlı olur ki, bugünkü gündə sizin üçün "Yaşıl dəhliz"də bir pəncərə, bir inspektor layihəsini həyata keçiririk, bu yaxşıdır. Amma hər zaman bir yaxşıdan daha yaxşısı var prinsipindən, daha nələr edə bilərik deyə suallara veririk. Maraqlıdır ki, çox zaman sürücülərdə yaxşı, kreativ ideyalar olur. Bütün problemləri zamanla həll edirik və istəyimizə də nail oluruq”. Arif müəllim deyir ki, onlarla daima maarifləndirmə işi aparırlar. Biz burada sizin üçün xidmət aparırıq-deyir sürücülərə:

-Ona görə onların ideyalarını da dinləmək bizim üçün maraqlıdır. Bu son zamanlar çox istifadə etdiyimiz və effektli metoddur. Əvvəl özümüz fikirləşib bir addım atırdıqsa, onlarla operativ şəkildə birgə addım atanda 2-3 addım daha tez irəliyə gedirik.

Həmsöhbətimdən bir TIR-ın nə qədər müddətə yazıldığını soruşuram. Düşünmədən cavab verir:

-Əvəllər bir TIR mala 15-20 dəqiqəyə yazılırdısa, indi bu proses 5-10 dəqiqəyə başa çatır. Bəzən bir tırın içində 20 adda mal olur. Bu zamam onların hər birini qeyd etdiyimiz üçün bu proses bir neçə dəqiqə uzana bilər. Lakin bu sahədə də işlər gedir. Düşünürük ki, ən qısa müddətdə burada növbələr olmasın deyə biz bu prosesləri təyinat orqanlarına yönləndirək. Yəni 10 dəqiqə olmasın, 2 dəqiqə olsun.

Arif Mehdiyev və digər gömrükçülər bildirirlər ki, burada bütün prosedurlar keçdikdən sonra yol vergisi və digər ödənişlər gömrük postunda olan "Azərpoçt"a ödənilir. Yəni gömrük işi ilə bağlı proseslər bitdi, artıq ödənişlər olur.

Onu da xüsusi vurğulayaq ki, bugünkü gün ödənişlər "Azərpoçt"un filialları həyata keçirir. Lakin gələcəkdə yəqin ki, fərqli sistemə keçəcəklər: “Çox güman ki, bankomat olacaq. Məqsədimiz odur ki, insan faktoru ortadan qalxsın. Yəni indi "Azərpoçt"a, orada. Da dövlət büdcəsinə gedirsə, xüsusi cihazlar qoyulduqdan sonra artıq birbaşa dövlət büdcəsinə gedəcək, bu zaman daha da operativ olacaq. Hazırda bunun üzərində işləyirik".

Gömrükçülər onu da vurğuladılar ki, hazırda "Yaşıl Dəhliz" dən istifadə edənlərin sayı o qədər də çox deyil. Gündəlik təxminən 15-20 nəfər olur. İxraca daha azdır, idxalda dediyim kimi təxminən 15-20 nəfər olur. Beləcə “Mazımçay” Gömrük Postundakı bir günü başa vururuq. Geriyə, Şəkiyə qayıdırıq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019