Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsilə əlçatanlıq daha da yüksələcək
Tarix: 18.03.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycanda uzunmüddətli müalicədə olan şəxslər üçün müalicə müəssisələrində təhsil təşkil olunacaq

Azərbaycanda evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil olunacaq. Bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib.

Sənədin 13.26-cı bəndində göstərilib ki, Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Qanun layihəsində qeyd olunub ki, stasionar təhsil uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkilidir.
Yeri gəlmişkən, hazırda Azərbaycanda evdə təhsil və fərdi təhsil təşkil olunur. Belə ki, Nazirlər Kabinetinin 2002-ci ildə "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları" barədə qərar qəbul edib. Həmin qərara əsasən, ümumtəhsil məktəbinin proqramı ilə evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına fasiləsiz residivlənən aktiv fazada olan gedişli revmatizm, pankradit, subkompensasiya və dekompensasiya mərhələlərində olan ürəyin anadangəlmə qüsurları, tez-tez baş verən təngnəfəslik sianoz tutmaları ilə gedən ağır dərəcəli fallo tetradası, prosesin yayılması və nəzərə çarpan intoksikasiya ilə gedən III dərəcəli xronik pnevmoniya, tez-tez təkrarlanan ağır tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma, nevrotik sindromla gedən xroniki qlomerulonefrit və digərləri daxildir.

Böyrək çatışmazlığı simptomları müşahidə edilən xronik diffuz qlomerulonefrit, residivləşən gedişli və böyrək çatışmazlığı simptomları ilə gedən xronik pielonefrit, assitlə müşayi?t olunan xroniki hepatit və qara ciyərin sirrozu, mikovissidozun ağır formaları, hemofiliyanın ağır forması (hərəkətin məhdudlaşması ilə müşayiət olunan), hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozğunluqları ilə müşayiət olunan revmatoid artriti, şəkərli diabetin ağır formaları, irsi koaqulopatiyalar, immun trombastenit purpura xəstəliyinin xroniki forması, X - histnositozlar, toplanma xəstəlikləri, hemorraqik hematomezenximae displaziya, talassemiyanın ağır formaları, anadangəlmə sferositar anemiyanın ağır formaları, hipoplastik anemiya, qazanılma immunçatışmazlığı sindromu (QİÇS) və insan immunçatışmazlığı virusu ilə yoluxanlar da evdə təhsil almaq hüququna malikdir.
Sənəddə həmçinin bəzi nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqların evdə təhsilə cəlb edilməli olduğu göstərilib. Həmin xəstəliklərə isə miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması, keçirilmiş poliomielitdən sonra dayaq-hərəkət aparatının ağır pozulmaları, keçirilmiş ensefalomielit və poliradikulonevritdən sonra ağır qalıq əlamətləri aiddir.

Bundan başqa, aşağı ətrafların iflici və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan onurğa beyni dəbəliyi (yırtıcı), uşaq serebral iflici (təhsilini bitirənədək), anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez), müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici, koksit gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük - oynaq vərəmi), anadangəlmə xəstəliklər və zədələnmələrlə əlaqədar dayaq-hərəkət aparatındakı cərrahi əməliyyatlardan sonrakı vəziyyət (müalicənin sonunadək hərəkətin çətinləşməsi baş verən hallarda), hərəkətin mümkünsüzlüyü ilə gedən dayaq-hərəkət aparatının pozulması (oxuduğu məktəbin nəzdində 6 aydan 1 ilədək), mədə-bağırsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra baş verən bağırsaq fistulları (1 il müddətinə), kəskinləşmiş vəziyyətdə olan yayılmış ekzemalar, psoriatik eritrodermiyalar, aztropatik psoriaz, herb prurioqosu, dyurinq dermatiti (kəskinləşmə dövründə), ixlioz formalı eritrodermiya, bulloz epidermoliz (ağır formaları), enterpatik akrodermatit (ağır formaları), kəskin qırmızı qurdeşənəyi., şiddətli yayılmış sklerodermiya, piqmentli kseroderma ağır xroniki gedişli xəstələr evdə təhsil almaq hüququna malikdirlər.

Mövcud qanunvericilikdə o da göstərilib ki, evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlər əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar. Bundan başqa evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə cari ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən qüsurlu) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb edilirlər. Bunun üçün valideyn məktəb direktorunun adına ərizə yazmalı, doğum haqqında şəhadətnamənin surətini, müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla), şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla), yaşayış yerindən arayış, psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişini məktəbə təqdim etməlidir.

Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris illərində 10010 nəfər sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub. Bunlardan 6401-evdə təhsilə, 3609 xüsusi təhsilə cəlb edilib.
Azərbaycanda təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili isə təhsil nazirinin müvafiq əmrinə əsasən nizamlanır. Belə ki, əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid hər dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilir.
Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur. Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Xatırladaq ki, Azərbaycanda həm təhsildən kənarda qalmış şəxslərin, həm də yaşlıların təhsillərini davam etdirməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu məsələyə diqqət ayrılması rəsmi sənədlərdə də öz əksini tapıb. Məsələn, ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2017-2019-cu illərdə yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı aidiyyəti tərəflərlə müzakirələrin aparılması nəzərdə tutulur. Təhsil Nazirliyi müvafiq dövlət qurumları və işəgötürənlər ilə birlikdə yaşlıların təhsili və ixtisasartırma kurslarına tələbatın olduğu prioritet sahələr üzrə kursların təşkili imkanlarını, müəssisə və təşkilatların kadr hazırlığına investisiya qoyuluşunu stimullaşdıracaq mexanizmləri, yoxsul və aztəminatlı insanların həmin kurslarda iştirakı ilə bağlı xərclərinin dövlət tərəfindən təmin edilməsi imkanlarını müəyyən edəcək, eləcə də həmin kurslar üçün təhsil proqramlarının (kurikulumların) tərtibini, müvafiq müəllim-pedaqoji heyətin seçilməsini və lazım olduğu təqdirdə, onlar üçün əlavə təlimlərin təşkilini həyata keçirəcək.

Eləcə də Təhsil Nazirliyi aparılan araşdırmalar və müzakirələr nəticəsində əldə olunan məlumatlar və normativ hüquqi bazada edilən dəyişikliklər əsasında peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili üzrə mexanizm hazırlayacaq. Bu mexanizm çərçivəsində işsizlərin əmək bazarında tələb olunan sahələr üzrə yeni bacarıqları əldə etməsi üçün modul tipli çevik kurslar, işləyənlərin səriştəsinin artırılması və özünüinkişaf imkanlarının yüksəldilməsi üçün ixtisasartırma kursları, eləcə də əhalinin istənilən təbəqəsi üçün müəyyən sahələr üzrə təlim kursları (kompüter, dil, tikiş, toxuculuq, çilingər, qaynaqçı və s.) təşkil ediləcək. Müvafiq dövlət qurumları qeyd edilən kursların təhsil proqramlarını (kurikulumları) özəl sektorla əməkdaşlıq yolu ilə hazırlayacaqlar.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019