Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pirallahıda Novruz tonqalı yandırıldı - FOTO
Tarix: 18.03.2019 | Saat: 20:26:00
Bölmə:Sosial | çapa göndər

Pirallahı rayonunda 18 mart 2019-cu il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib. Mədəniyyət Mərkəzinin mini-parkına daxil olan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkili Rauf Əliyevi və digər qonaqları milli geyimli oğlan və qızlar bayram xonçası və səməni ilə qarşılayıblar.

Bahar qızı, Kosa və Keçəl bayram tədbirinə xüsusi rəng veriblər. Meydanın digər tərəfində isə Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, 4 nömrəli Uşaq-Gənclər İnkişaf və V.Mustafazadə adına Mədəniyyət Mərkəzlərinin öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənlənib. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim edib və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırıb. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov əziz bayram haqqında geniş məlumat verib, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğulaıb, Novruz adətləri barədə danışıb. Bildirib ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi. Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. 

Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir. V.İmanov diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olunması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın xüsusi xidmətləri olmuşdur.
Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam edib. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019