Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Naxçıvanda sabiq nazirin qardaşı özbaşınalığa görə cərimələndi - GÜNÜN TƏZADLARI
Tarix: 18.03.2019 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarıldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı edib. Hər iki vəkil bildirib ki, o məhkəmə istintaqı dövründə müdafiə etdikləri şəxs barəsində irəli sürülmüş ittihamlar öz təsdiqini tapmayıb. Vəkillər Əvəz Əhmədov barəsində bəraət hökmü çıxarılmasını istəyiblər. Əvəz Əhmədov isə son sözündə məhkəmənin ədalətli qərar çıxaracağına inandığını deyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Əvəz Əhmədovun barəsində 2 min manat cərimə cəzası müəyyən edilib.


Prokuror “Bozqurd” komandirinə 8 ildən çox “iş” oxudu


Teref.info saytının baş redaktoru Nurəddin İsmayılov hakim qarşısına çıxarıldı. Hafta.az-ın verdiyi xəbərdə deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsidə Qarabağ döyüşçüsü, sayt rəhbəri Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.Xoca barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib. Məhkəmə prosesi martın 19-da davam etdiriləcək. Bildirək ki, İsmayılov Nurəddin Abbas oğlu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. N.Xoca saytında dərc olunan məqalələrlə bağlı ittiham olunur. Xatırladaq ki, N.Ismayılov Qarabağ döyüşlərinin iştirakçısı olan "Bozqurd" batalyonunun komandiri olub.


Rus ziyalı Yeni Zelandiya teraktlarına görə Quran ayəsi paylaşdı


Rusiyanın tanınmış ictimai-siyasi xadimi, tele-aparıcı, publisist, eyni zamanda məşhur vəkil olan Pavel Astaxov Yeni Zelandiya məscidlərində törədilmiş son dəhşətli terror aktlarla bağlı Quran ayəsi paylaşdı. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, 2009-2016-cı illərdə RF prezidenti V.Putinin uşaq hüquqları üzrə xüsusi nümayəndəsi olmuş P.Astaxov özünün “İnstaqram” səhifəsində Yeni Zelandiyada amansız terrora məruz qalmış “Ən-Nur” məscidinn fotosunu dərc edərək, “Məsciddə ibadət edən günahsız insanların qətlinə heç bir halda haqq qazandırmaq olmaz. Günahsız qurbanlardan ötrü dua edirik” yazıb və fotonun altında məşhur “İnna lillahi və inna ileyhi raciun”(“Biz Allahdan gəlmişik, Allaha da dönəcəyik”) Quran ayəsini təqdim edib.


Bakıda külək universitetin pəncərələrini sındırdı

 

Bazar ertəsi Bakıda müşahidə edilən güclü külək fəsadlar törətdi. Hafta.az-ın Publika.az-a istinadla verdiyi xəbərə görə, küləyin gücündən Azərbaycan Neft və Sənaye Universitetinin fasad konstruksiysasının bir hissəsi yerindən çıxıb. Nəticədə taxta birləşmə Fizika kafedrasının pəncərəsinə çırpılıb. Pəncərənin şüşələri qırılaraq yerə tökülüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.


Qaradərili qadın 9 dəqiqəyə 6 uşaq doğdu


ABŞ-ın Texas ştatında yaşayan Zelma Çiaka adlı qadın 9 dəqiqə ərzində 6 uşaq dünyaya gətirdi. Hafta.az Axar.az-a istinadla xəbər verir ki, qadın saat 4:50-dən 4:59-a keçən müddətdə 4 oğlan və 2 qız uşağına sahib olub. Həkimlər bildirir ki, 6 övladın sağlam doğulması şansı 4,7 milyardda birdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019