Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Prezidenti neftin qiymətinin sabitləşdirilməsi işinə mühüm töhfələr verir
Tarix: 19.03.2019 | Saat: 11:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Son illər Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi ölkəmizin qlobal əhəmiyyətli, dünyada yeni nizamın yaradılmasına təsir göstərə biləcək bir sıra tədbirlərə ev sahibliyi etməsinə zəmin yaradıb.

Demək olar ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilib; məsələn: bu günlərdə ölkəmizdə VII Qlobal Bakı Forumu keçirildi. Bu forumda dünyanın dörd bir yerindən indiki və sabiq prezidentlər, baş nazirlər, nazirlər, nazir müavinləri, tanınmış ictimai xadimlər, analitiklər, jurnalistlər iştirak edirdilər. Təbii ki, bu Azərbaycanın yürütdüyü bütövlükdə dünyada multikulturalizmin, etnik və dini dözümlülüyün təbliğinə, tolerantlığın təşviqinə xidmət edir.
Azərbaycanın dünyada baş verən proseslərə operativ münasibət bildirməsi, həmin proseslərlə bağlı müvafiq təkliflər irəli sürməsi və aidiyyəti təşkilatlarda təkliflərin dərhal nəzərə alınması isə Bakıda "OPEC plus” formatında iclasının keçirilməsi fonunda özünü bir daha təsdiqləyir. Çünki bu tədbir məhz Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutub. Belə ki, Azərbaycan dövlətinin başçısı 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin "OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu format OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə Prezident İlham Əliyev neftin qiymətinin sabitləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü. Hazırda Bakıda “OPEC plus” formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında Prezident İlham Əliyevin böyük xidməti var.

Artıq dünya bazarında neftin qiyməti demək olar ki, sabitləşib. Bu sabitliyi qorumaq və neftin qiymətində müşahidə olunan artım tempinin davamlı olması istiqamətində təbii ki, müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir.
Xatırladaq ki, OPEC-in məqsədi neft sənayesinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli beynəlxalq siyasi və iqtisadi mühit yaratmaqla yanaşı, neftin hasilatına kvotalar tətbiq etmək, bu məsələni diqqətdə saxlamaq, neftin qiymətinin sabitliyini reallaşdırmaqdır. Azərbaycanla bu qurum arasında qurulan əməkdaşlıq nəticəsində OPEC-in baş katibi Məhəmməd Barkindo bir neçə dəfə Azərbaycana səfər edib və o, Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazovla görüşlər keçirib. Bu əməkdaşlığın nəticəsi olaraq bu ilin yanvar ayında Bakıda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin birgə monitorinq komitəsinin iclası gerçəkləşdirilib.
Prezident İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında sabitləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da Bakıda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşündə də bu barədə ətraflı danışılıb. Xatırladaq ki, həmin görüşdə dövlətimizin başçısı tərəfindən Bakının dünyada neftin vətəni olduğu vurğulanıb, neft istehsal edən ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıması xüsusi vurğulanıb.
Prezident İlham Əliyev, həmçinin “OPEC plus”un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərdən birinin respublikamızda reallaşdırılmasının mühüm önəm daşıdığını diqqətə çatdıraraq, bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirib. Ölkə rəhbəri “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da, öz növbəsində, neftin qiymətinin sabitləşdirilməsinə müsbət təsir göstərəcəyinə, eyni zamanda, belə bir şəraitin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini bildirib.
Beləliklə, bir daha aydın olur ki, Prezident İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında sabitləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir.
Məlumat üçün onu da bildirək ki, martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov hafta.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib. Millət vəkili vurğulayıb ki, dövlət başçısı uzaqgörən siyasəti nəticəsində dünya enerji bazarında sabitləşməyə və proqnozlaşdırmağa mühüm tövhələr verir: “Təbii ki, Prezident İlham Əliyevin Azərbaycanın neft və təbii qaz resurslarının dünya bazarına çıxarılması, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynaması ilə bağlı çox mühüm addımları var. Bunun arxasında siyasi iradə və qətiyyət dayanır. TAP və TANAP kimi regionmiqyaslı layihələr bir zamanlar çox uzaq görünürdü. Lakin bu layihələr hazırda reallaşmaq üzrədir. Eyni zamanda, neft resurlarından düzgün istifadə olunması, dünya bazarında real dəyərinə uyğun qiymətinin tənzimlənməsi istiqamətində atılan addımlar da çox uğurlu alınıb. Bu layihələr Azərbaycanla yanaşı, neft ixrac və eləcə də, idxal edən ölkələrin də maraqları ilə üst-üstə düşür. Bu gün neftin qiymətinin siyasi və geosiyasi amillərlə tənzimlənməsi, ona təsiri olması məsələlərinin həllini tapması dövlət başçımızın siyasi kursunun istiqamətlərinin önündə gedir. Prezident neft resurslarının öz iqtisadi dəyərini tapmasına diqqət yetirir. Onun digər siyasi ambisiyalar, təzyiq vasitələri ilə tənzimlənməsinin qarşısını alır və nəticə etibarilə də bu sahəyə böyük tövhə verir”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi