Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Avropada həbs olunmuş insan sonadək cəzasını çəkmək məcburiyyətindədir” – Elxan Mirhəşimli
Tarix: 18.03.2019 | Saat: 19:35:00
Bölmə:Siyasət | çapa göndər

Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə 431 məhbus həbsdən azad olundu. Onların necə və hansı meyarlar əsasında seçilməsinə sözüm yoxdur, əsas odur ki, bu insanlar törətdikləri cinayət və qanunsuzluqlardan dolayısı aldıqları cəzanın qalan qismindən azad ediliblər və evlərinə buraxılıblar. Bu 431 nəfərdən 25-nin qadın olması isə verilən əfv sərəncamının əhəmiyyətini daha da artırır. Çünki əksəriyyəti evil-ailəli olan bu qadınlar uzun müddətdir görmədikləri övladlarına qovuşacaqlar. Ümumiyyətlə, minillər boyunca xalqımızla qoşa yaşayan Novruz bayramında, illərini dəmir barmaqlıqlar arasında xərcləyən 431 vətəndaşımızın öz ailəsi ilə birlikdə süfrə başında oturub, şənlənib-əylənməsi dövlət başçısının üstün insani keyfiyyətlərini ortaya qoyur. 

Mövzu Azərbaycanda vaxtaşırı imzalanan əfv sərəncamlarının insanların davranışına müsbət təsir göstərib-göstərməməsindən bəhs edir. Bu həm də həbsxanalarda çəkilən xərclərin həcminin azalması, iqtisadi-sosial müstəvidə əlavə işçi qüvvəsinin yaranmasına müsbət təsir edir və sair. Ümumiyyətlə, Azərbaycan həbsxanalarında nə qədər məhbus var və onlar cəmiyyətimizin adına nə dərəcədə yük ola bilərlər? Dünyanın sayılıb-seçilən ölkələri ilə müqayisədə, Azərbaycanda məhkumların toplam neçə faizi ağır cinayətlər törətdiklərinə görə cəzalananlardır?

Misal üçün deyim ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21800-ə enib. Yəni 2,3 mindən çox və ya 10 faiz azalıb. Dünya ölkələrində isə ümumilikdə 11 milyona yaxın məhbusun olduğu bildirilir.

Qeyd edim ki, dünyada məhkumların sayına görə, Birləşmiş Ştatlar birincidir. Bu ölkənin həbsxanalarında hazırda 2,25 milyon məhbus saxlanılır. Yəni Azərbaycandakı məhbusların sayından 100 dəfə artıq. Əhalinin hər min nəfərinə düşən məhkum sayına görə isə ABŞ-da bu rəqəm Azərbaycandakından, ən azı, 3 dəfə yüksəkdir. Bu da öz növbəsində, Amerika əhalisi arasında cinayətkarlıq faizinin bizdəkindən 3 dəfə çox olması mənasına gəlir.

Bu arada, dünyada məhkumların sayına görə 224 ölkənin adı çəkilən siyahıda ikinci yerdə Çin dayanır. Bu ölkədə 1,7 milyon məhkum var (Azərbaycandakından 78 dəfə çox). Sonrakı yerlərdə Rusiya (672 min məhkum), Braziliya (607 min məhkum), Hindistan (418 min məhkum), Tailand (311 min məhkum), Meksika (255 min məhkum), İran (225 min məhkum), İndoneziya (168 min məhkum), CAR (158 min məhkum), Vyetnam (131 min məhkum), Kolumbiya (116 min məhkum), Filippin (111 min məhkum), Efiopiya (96 min məhkum), Böyük Britaniya (94 min məhkum), Ukrayna (80 min məhkum), Polşa (79 min məhkum), Pakistan (75 min məhkum) və Mərakeş (73 min məhkum) dayanır.

Siyahıda 11-ci pillədə qərarlaşan qardaş Türkiyədə isə məhkumların sayı 157 minə yaxındır ki, bunlardan 140 mini konkret olaraq müəyyən müddətə azadlıqdan məhrum edilmiş məhkumlardır. Siyahıda son pillədə 32 min nəfər əhalisi olan San Marino dayanır ki, burada ümumiyyətlə məhbus yoxdur. Ən az məhbusu olan ölkələrin birində – Norveçdə isə bu gün cəmi 3,6 min məhbus həpsxanalarda cəzasını çəkməkdədir.

O da maraqlıdır ki, həbsxanalardakı məhkumlardan 10 ildən artıq iş alanların faiz nisbətinə görə Avropada ilk sırada Yunanıstan yer tutur ki, buradakı məhkumların yarısı 10 ildən artıq müddətə həps olunanlardır. Siyahıda ikincilik Türkiyəyə məxsusdur – buradakı məhkumların 44 faizinin həbs cəzası 10 ildən yuxarıdır.

Bildirim ki, bu gün məhkumların sayı və saxlanılma şəraitindən danışanda heç də bəzi məlumatları əsas göstərərək, Avropanı nümanə almamalıyıq. Çünki Avropada Skandinaviya ölkələri, İsveçrə va sair bu müstəvidə nümunəvi ola bilər, ancaq digərlərində vəziyyət heç də ürəkaçan deyil; məsələn: Fransa, Belçika, Macarıstan, Makedoniya və sair günümüzdə həpsxanalında ən qələbəlik yaşanan ölkələrdəndirlər.

Həbsxanalardakı vəziyyətdən söz düşmüşkən, hər 10 min məhkuma düşən ölüm halları, məsələn, Danimarkada 11, Türkiyədə 25-dirsə, qonşu Ermənistanda bu rəqəm 95-dir və dünyada ən yüksək göstəricilərdən sayılır. Ölüm halları arasında intihar edənlər Türkiyədə cəmi 3,5 faizdirsə, bu rəqəm Avropa ölkələrindən Hollandiya, Portuqaliya, Norveç və sairdə 15 faizdir.

Yuxarıda qeyd etdim ki, sərbəst buraxılan məhkumlardan 25-i qadındır. Ümumiyyətlə, Azərbaycan qadın məhkumların azlığına görə dünyada ən sonuncu ölkələrdəndir. Maraqlıdır ki, qadın məhkumlar daha çox şərq-müsəlman ölkələrində azlıq təşkil edir; məsələn: Türkiyədə qadınlar bütün məhkumların cəmi 3,6 faizini təşkil edirsə, bu rəqəm daha da azalaraq Azərbaycanda 2,9 faizə, Albaniyada 2 faizə, Bosniya və Herseqovina 1,6 faizə enir. Hansı ki, qadınların ümumi məhkumlara görə say nisbəti Latviyada 7,7 faiz, Rusiyada 8,1 faiz, Monakoda isə 9 faizdən çoxdur.

“Niderland-Azərbaycan Evi” təşkilatının sədri Elxan Mirhəşimli qəzetimizə müsahibəsində bildirib ki, Azərbaycanda 431 nəfərin president tərəfindən əfv edilməsi, onların məhz Novruz bayramı ərəfəsində azadlığa buraxılması, 431 ailənin sevincinə səbəb olub. Müsahibimiz deyir ki, yaşadıqları Avropada sosial şəbəkələr vasitəsilə əfv sərəncamı haqqında eşidəndə çox seviniblər və bunu humanist addım kimi qiymətləndirərək, Azərbaycanın dövlət başçısına minnətdarlıq ediblər.

“Hollandiyada bu cür toplu şəkildə - 431 nəfərin eyni anda əfv edildiyini burada yaşadığım 18 il ərzində eşitməmişəm. Ola bilər ki, nə vaxtsa 1-2 adama şamil olunub, ancaq Azərbaycandakı kimi genişmiqyaslı əfvlər burada verilmir. Ümumiyyətlə, Avropada və konkret olaraq Hollandiyada cinayət məsuliyyətinə cəlb olunmuş insan sona qədər cəzasını çəkmək məcburiyyətindədir. Heç bir bayram onların əfvinə səbəb ola bilməz”, – deyən E.Mirhəşimli əlavə edib ki, dövlət başçısının məhz bayram ərəfəsində məhbusları bağışlaması Azərbaycan cəmiyyətinin daha sağlam yetişməsinə müsbət təsirini göstərəcək. “Əfv olunmuş vətəndaşlarımızın cəza müəssisəsində uzun müddət düşünməyə vaxtları olub. Harada, hansı səhvləri etdiklərini, hansı səbəbdən cəza çəkdiklərini anlayıblar. Təəssüf ki, bizdə cəmiyyətin ayrı-ayrı üzvləri tənqidlə təhqiri ayırd edə bilmirlər. Bir-birimizin fikirlərinə hörmətlə yanaşmağı öyrənməliyik. Çünki bu ölkə bizim vətənimizdir, hər birimiz məsuliyyət daşıyırıq dövlətimizin suverenliyindən və yüksək inkişafından. Hollandiyada belə bir cəza növü var: orta məktəblərdə 4 - 12 yaş arasında olan hər hansı uşaq sözə baxmırsa, dəcəllik edirsə, sinifdə küncə bir stol qoyulur və həmin uşağı orda otuzdururlar. Bu ona görədir ki, uşaq orda oturduğu vaxtda hansı səhvi etdiyini düşünüb, nəticə çıxarır. Nə qədər tez düşünüb nəticə çıxarsa, bir o qədər də həmin stuldan tez qalxar və digər sinif uşaqlarının cərgəsinə qarışar. Bir məsələ də var ki, heç bir şagird o stulda oturmaq istəmir və nəticədə hər kəs səhv buraxmamağa çalışır” deyən müsahibimiz bildirib ki, sözügedən fərman da məhz cəza çəkən zaman öz səhvlərindən nəticə çıxaranlara şamil olunub. Nəticə də bu oldu ki, bu günlərdə və irəlidəki illərdə onlar öz ailələri ilə birlikdə bayram süfrəsində oturacaqlar. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019