Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ATU-nin müəllimi, mama-ginekoloq Şahbaz Şahbazovun saxta əməlləri ifşa edildi
Tarix: 18.03.2019 | Saat: 20:00:00
Bölmə:Sosial | çapa göndər

Əliyev İlqar Aqil oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İlham Şirindil oğlu Qurbanov qəzetimizə məktubla müraciət edib. Məktubda deyilir:

«Mən İlham Şirindil oğlu Qurbanov ali təhsilli hüquqşünasam. Əliyev İlqar Aqil oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi bildirirəm ki, Şahbaz Qara oğlu Şahbazov özünü hər yanda Azərbaycan Tibb Universitetinin rektorunun mama-ginekoloq sahəsi üzrə baş məsləhətçisi, eləcə də İlqar Əliyevin şəxsi həkimi kimi təqdim edərək, cəmiyyətdə yalancı və uydurma təbliğatlar apararaq özünə saxta imic yaradıb. Bu addımı ilə İlqar Əliyevin nüfuzuna xələl gətirən hərəkətlər törətdiyindən, mən İlqar Əliyevin tapşırığı əsasında onun nümayəndəsi kimi, Azərbaycan Tibb Universitetinin rektorunun qəbulunda oldum. Şahbaz Şahbazovun bu kimi saxta imici barədə məlumat alan zaman bildirib ki, ümumiyyətlə, rektorun mama-ginekologiya üzrə baş məsləhətçisi vəzifəsi yoxdur. Ümumiyyətlə, belə bir vəzifə mövcud deyil. Şahbaz Şahbazovun cəmiyyətdə yaratdığı bu fikirləri tam uydurma və cəfəngiyatdır. Universitet rəhbərliyi tərəfindən mənə bildirilib ki, Şahbaz Şahbazovun barəsində müxtəlif vətəndaşlardan çoxsaylı şikayət ərizələri daxil olur və onun hərəkətləri tam nəzarətdədir. Bununla yanaşı, Tibb Universitetinin rəhbərliyi mənim nəzərimə çatdırdı ki, Şahbaz Şahbazov 20 gün bundan əvvəl öz hesabına məzuniyyət götürərək xarici ölkələrdən birinə gedib. Onun məzuniyyət vaxtının bitməsinə baxmayaraq hələ də qayıtmayıb.
Azərbaycan Tibb Universitetinin müəllimi, mama-ginekoloq Şahbaz Qara oğlu Şahbazov uzun müddət ona göstərilən etimaddan, etibardan sui-istifadə etmiş, təsisçiləri, yerli vətəndaşlarımızı, o cümlədən xarici vətəndaşları aldatmış, onların əmlak və qeyri-əmlak hüquqlarını mənimsəyərək əsassız varlanmışdır. Əldə etdiyi pulları isə xarici ölkələrə, o cümlədən Türkiyə, İsrail və Fransaya gizli yolla apararaq həmin ölkələrdə çoxsaylı əmlaklar əldə edib.
Təsisçilər tərəfindən ona göstərilən etimaddan, etibardan sui-istifadə edən Şahbazov Şahbaz Qara oğlu “RİYAD-RENTA” şirkətinin nəzdində 2007-ci ilin iyun ayında “Nigar Kilinikası” adı altında tibbi klinika yaradıb. Şirkət həkim mama-genekoloq kimi onun birbaşa rəhbərliyi və idarəçiliyi altnda fəaliyyətə başlayıb. Bundan sonra, həmin klinika fəaliyyətini 05 noyabr 2016-cı il tarixədək davam etdirmişdir. Şahbazov Şahbaz Qara oğlu şəxsi maddi maraqları əsasında “Nigar Klinikası”nda bir çox çarəsiz xəstələri süni mayalanma, talassemiya, onkoloji və bu kimi xəstəliklər adı altında aldadaraq onların külli miqdarda pullarını mənimsəyib. Buna görə də həmin şəxslər İlqar Əliyevə müraciət ediblər. İlqar Aqil oğlu Əliyev dərhal Şahbaz Şahbazova öz ciddi iradını bildirib və baş vermiş neqativ halların qısa zaman ərzində aradan qaldırılmasını tələb edib. Lakin Şahbaz Şahbazov müxtəlif bəhanələr gətirərək çirkin əməllərinə davam edib.

Səlahiyyətli nümayəndə kimi neqativ halların araşdırılması mənə həvalə edilib. Tərəfimdən aparılmış araşdırma zamanı məlum olub ki, Ş.Şahbazov “Riyad-Renta” şirkətinin nəzdində və həmin şirkətinin adına olan Lisenziya əsasında fəaliyyət göstərən klinikanın (loqosu Nigar olan) hüquqlarını, daşınar və daşınmaz əmlakını 08.06.2012-ci il tarixdən, yəni “Riyad–Renta” şirkətinin adına alınmış Lisenziyanın qüvvədə olma müddəti bitdiyi vaxtdan həmin klinikanın adı ilə mənimsəyib.
Bu səbəbdən, Əliyev İlqar Aqil oğlu tərəfindən “Nigar Klinikası” MMC-nin fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə Nizami Rayon Prokurorluğuna və Nizami Rayon Polis İdarəsinə müraciətlər edilib. Nəticədə 05.11.2016-cı il tarixdə adıçəkilən klinikanın fəaliyyəti dayandırılıb. Bundan sonra “Nigar Kilinikası” MMC-nin bütün mühasibatlıq sənədləri, cəmiyyətin möhürü və vergi orqanı tərəfindən verilmiş PİN kod, o cümlədən hüquqmüəyyənedici sənədlər təsisçi İlqar Əliyev tərəfindən təhvil alınıb.
Məhz Əliyev İlqar Aqil oğlunun göstərişi və rəhbərliyi altında cəmiyyətin qara-mühasibat uçot sənədləri əsasında müəssisədaxili araşdırma zamanı məlum olub ki, “Nigar Klinikası” MMC Şahbazov Şahbaz Qara oğlunun faktiki rəhbərliyi altında 08 iyun 2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək qanunsuz fəaliyyət göstərdiyi dövr ərzində İlqar Əliyevin adından, etibarından, etimadından sui-istifadə edib. Eləcə də “Nigar Klinikası”nda özbaşınalıqlar edərək, müxtəlif növ minlərlə cərrahiyyə əməliyyatları keçirərək, xüsusilə külli miqdarda mənfəət əldə edib. Tibbi xidmətdən kənar, qanunsuz doğuşayardım xidmətləri göstərdiyi üçün, hətta Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 dekabr 2014-cü il tarixli SNA/140077 nömrəli qərarı ilə 30 000 (otuz min) manat məbləğində cərimə edilib. Buna baxmayaraq, Lisenziya (xüsusi razılıq) olmadan ümumilikdə, 31 ay qanunsuz fəaliyyət göstərərək qanunsuz olaraq 175 nəfərdən artıq tibbi personal işə götürüb, həmçinin həmin dövrlər ərzində qeyri-rəsmi yollarla qanunsuz şəkildə minlərlə ampula narkotik, bihuşedici və psixotrop vasitələri istifadə edib.

Qeyd olunan müddətdə klinikada müxtəlif növ cərrahiyyə əməliyyatları keçirilsə də, dövlət büdcəsinə cəmi 59 219,71 manat məbləğində vergi ödənilib. Halbuki, Şahbazov Şahbaz Qara oğlu, qardaşı oğlu Şahbazov Abdulla Tofiq oğlu və digərləri ilə əlbir olaraq, 08 iyun 2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək, ümumilikdə qanunsuz olaraq minlərlə ampula narkotik, bihuşedici və psixotrop vasitələri istifadə edərək lisenziya olmadan qanunsuz olaraq müxtəlif növ cərrahiyyə və keysəriyyə əməliyyatları aparıb, xüsusilə külli miqdarda mənfəət mənimsənilib. Lakin Vergilər Nazirliyinin struktur bölmələrindən gizlədilərək düzgün bəyannamə verilməyib.
Qeyd edirəm ki, Şahbazov Şahbaz Qara oğlunun və qardaşı oğlu Abdulla Şahbazovun “Nigar Klinikası” MMC-də törətdiyi əməlləri barədə mənimsəmə, dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə cinayət işi açılıb və hazırda bununla bağlı istintaq aparılır.

Bildirirəm ki, mərhum akademik Əliyev Aqil Əlirza oğlu tərəfindən təsis edilərək yaradılmış şirkət və müəssisələr iş ortağı Məmmədov İlham Almas oğlu ilə birlikdə idarə olunub. Belə ki, mərhum akademik Aqil Əliyevlə İlham Məmmədovun ortaqlığı 1992-ci ilın yay aylarında başlayıb və həmin ortaqlıq bu gün də uğurla davam etdirilir. Məhz Məmmədov İlham Almas oğlunun təşəbbüsü ilə Azərbaycan Tibb Universitetinin müəllimi, mama-ginekoloq Şahbazov Şahbaz Qara oğlu “Riyad-Renta” şirkətinə təsisçi kimi qəbul edilib. Şahbaz Şahbazov əvvəllər özünün əsl simasını gizlətdiyindən İlqar Əliyev və İlham Məmmədov ona inanaraq şirkətin tibb sahəsini Şahbaz Şahbazova həvalə ediblər. Lakin Ş.Şahbazov ona etimad göstərən Əliyev İlqar Aqil oğlu və Məmmədov İlham Almas oğlunun etibarından sui-istifadə edərək rəhbərliyi həvalə edilmiş müəssisələr üzrə yalnış hesabatlar verməklə İlqar Əliyevi və İlham Məmmədovu aldadıb. Saxta və hiyləgər əməlləri ilə rəhbərliyi ona tapşırılmış müəssisələrdə saxta əməllərini bacarıqla yerinə yetirərək külli miqdarda təsisçilərin və şirkətin hesabına düşən xalisi gəliri ustalıqla mənimsəyib.

Şahbazov Şahbaz Qara oğlunun törətmiş olduğu əməllər bununla bitmir. Kommersiya sirri olduğundan Şahbazov Şahbaz Qara oğlu tərəfindən etibardan sui-istifadə edərək mənimsənilmiş pulların və əmlakların siyasını açıqlamıram. Lakin Şahbaz Şahbazov tərəfindən mənimsənilmiş pulların və əmlakların tələb olunması barədə aidiyyatı üzrə bir neçə məhkəmələrdə iddialar qaldırılıb. Hazırda məhkəmə araşdırmaları davam etdirilir.
Qeyd etmək istəyirəm ki, Sumqayıt şəhərinin girəcəyində yerləşən avtomobil bazarı “Vicdan 1” firmasının mülkiyyətində olub. Həmin bazarın 50 faiz payı İlqar Əliyevin, 50 faiz isə Sabir Tarıverdiyev adına olmuşdur. Sabir Tanıverdiyevin vəfatından sonra həmin pay övladlarının adına keçmişdir. 2009-cu ildə Şahbaz Şahbazov Sabir Tarverdiyevin vəfatından sonra Əliyev İlqar Aqil oğlunun adından, etibarından sui-istifadə edərək onun “Vicdan-1” firmasındakı payını yenidən rəsmiləşdirmək adı altında “Vicdan-1” firmasının 25% pay hissəsində özünü alıcı kimi təqdim etmiş və İlqar Əliyevin “Vicdan-1” firmasındakı 50% payının 25%-inin öz adına rəsmiləşdirməsinə nail olmuşdur.
Araşdırma zamanı məlum olmuşdur ki, Şahbazov Şahbaz Qara oğlu alqı-satqı müqaviləsini İlqar Əliyevdən gizlətmək məqsədi ilə alqı-satqı aparılan gün, yəni 26 may 2009-ci il tarixdə İlqar Əliyevin iştirakı olmadan, İlqar Əliyevin yerinə saxta imza ataraq “Vicdan-1” firmasının təsisçilərinin saxta qərarını tərtib etmiş, bu barədə Müşviq Tarverdiyevə heç bir məlumat vermədən, İlqar Əliyevin tapşırığı kimi təqdim edərək payın alqı-satqısı barədə dəyişikliklərin qeydə alınması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməsini, sənədlərin təhvil alınması və təhvil verilməsini cəmiyyətin direktoru kimi Tarverdiyev Müşfiq Sabir oğluna həvalə etmişdir. 02.02.2010-cu il tarixdə isə Şahbazov Şahbaz Qara oğlu digər təsisçi Tarverdiyev Müşviq Sabir oğlunun iştirakı olmadan, özünü iclasın katibi kimi qeyd edərək və mahiyyəti barədə Əliyev İlqar Aqil oğluna məlumat vermədən “Vicdan-1” Firmasının təsisçilərinin iclas protokolunu tərtib edərək “Vicdan-1” Firmasının adının dəyişdirilməsi və “Vicdan-1” MMC adlandırılması, bir sözlə “Vicdan-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasına nail olaraq “Vicdan-1” Məhdud Məsuliyyətli Cəmiyyətində təsisçilərin nizamnamə kapitalındakı paylarının Tarverdiyev Müşviq Sabir oğlunun 50%, Əliyev İlqar Aqil oğlunun 25% və Şahbazov Şahbaz Qara oğlu 25% payı rəsmiləşdirilməsinə ustaqlıqla nail olmuşdur. Lakin qeyd olunanlar barəsində Əliyev İlqar Aqil oğlunun xəbəri belə olmamışdır.

Şahbaz Şahbazov özünü Müşviq Tarverdiyevə, İlqar Əliyevin mərhum atası Aqil Əliyevin şəxsi ailə həkimi, biznesinə nəzarət edən şəxs kimi təqdim edərək hər yanda bu istiqamətdə təbliğatlar aparmışdır. Ona görə də Müşviq Tarverdiyev, Şahbaz Şahbazovun tapşırıqlarını və hərəkətlərini mübahisələndirməyə belə cəhd etməmişdir. Beləliklə də, Şahbazov Şahbaz Qara oğlu çirkin niyyətləri baş tutmuş və İlqar Əliyevin adından, etibarından sui-istifadə edərək digər təsisçi Müşviq Tarverdiyevə tapşırıqlar, göstərişlər verərək şirkətin əmlak hüquqları ilə yanaşı, cəmiyyətin idarə edilməsini faktiki olaraq öz əlinə almış və idarə edərək əsassız varlanmışdır. Yalnız 2016-cı ilin əvvəllərində Şahbazov Şahbaz Qara oğlunun özbaşnalığı barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq müraciətdən sonra onun çirkin niyyəti, saxta əməlləri aşkar edilmişdir.
Bundan əlavə, araşdırma zamanı məlum olmuşdur ki, uzun illər ərzində Sumqayıt maşın satışı bazarının fəaliyyəti və maddi vəziyyəti ilə bağlı Şahbaz Şahbazov, İlqar Əliyevin etibarından sui istifadə edərək ona yalnış aldadıcı, yayındırıcı məlumatlar vermiş, gəlirləri mənimsəyərək ümumiyyətlə maşın bazarında olan real vəziyyət barədə düzgün məlumat verməmiş və əsl həqiqəti gizlətmişdir. Belə ki, Şahbaz Şahbazov, İlqar Əliyevin etibarından sui-istifadə edərək saxta inandırıcı məlumatlarla may 2009-cu il tarixdən yanvar 2016-ci il tarixədək maşın bazarının fəaliyyəti və orada gedən prosesslər, eləcə də yığılan pullar haqda heç bir məlumat vermədən Sumqayıt maşın bazarından yığılan pulları, yəni xüsusilə külli miqdarda olan məbləği mənimsəmişdir. Həmçinin Şahbazov Şahbaz Qara oğlu “Vicdan-1” MMC-nin digər təsisçisi Müşviq Tarverdiyevi inandırmışdır ki, o hər yanda nüfuza malik olan həkim və professordu və dövlət qurumlarında sözü ötərlidir. Bu səbəbdən də MMC-nin vergi problemlerini özü həll edəcəkdir. Vergi rüsumunun ödənilməsi adı ilə Şahbaz Şahbazov Müşviq Tarverdiyevdən almış olduğu 170000 (yüz yetmiş min) manatın 100000 (yüz min) manatını vergi orqanlarına ödəmiş, qalan 70000 manatı mənimsəmişdir.

Ona görə də “Vicdan-1” MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu və Tanrıverdiyev Müşviq Sabir oğlu iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək cavabdeh Şahbazov Şahbaz Qara oğlundan pul tələbi edilmişdir. Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edilərək ““26 may 2009-cu il tarixdə “Vicdan-1” firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Şahbazov Şahbaz Qara oğluna dair hissədə etibarsız hesab olunması, 26 may 2009-cu il tarixdə “Vicdan-1” firmasından payın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli “Vicdan-1” firmasının təsisçilərinin qərarı və 02 fevral 2010-cu il tarixli “Vicdan-1” firmasının təsisçilərinin iclas protokolu etibarsız hesab olunması, cavabdeh Şahbazov Şahbaz Qara oğlundan “Vicdan-1” firmasının təsisçilərini aldadaraq mənimsədiyi xüsusilə külli miqdarda məbləğin qaytarılaraq “Vicdan-1” MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğluna və Tanrıverdiyev Müşviq Sabir oğluna ödənilməsi” qət edilmişdir. Bununla da, Şahbaz Şahbazovun dələduzluğu tam təsdiqini tapmışdır.
Bundan əlavə, “Azinteroil” MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu və Məmmədov İlham Almas oğlu iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək cavabdeh Şahbazov Şahbaz Qara oğlundan pul tələb edilmişdir. Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə Şahbaz Şahbazovdan külli miqdarda məbləğin alınması barədə olan iddia təmin edilmişdir.
Qeyd edirəm ki, Azərbaycan Tibb Universitetinin müəllimi, həkim mama-ginekoloq Şahbazov Şahbaz Qara oğlunun digər əməlləri barədə hal-hazırda müxtəlif instansiya məhkəmələrində araşdırmalar gedir. Gələcəkdə Qanunun qiymət verdiyi əməllər barədə məlumat verəcəm.
Ümid edirəm ki, haq-ədalət tezliklə öz yerini tapacaq və Azərbaycan Tibb Universitetinin müəllimi, həkim mama-ginekoloq Şahbazov Şahbaz Qara oğlu törətdiyi əməllərə görə qanun qarşısında cavab verəcək.

 

Məlumat üçün bildirirəm ki, Şahbazov Şahbaz Qara oğlu özünü guya Azərbaycan Tibb Universitetinin rektorunun ginekologiya üzrə eksperti, Azərbaycanda ƏLİYEVLƏR ailəsinin şəxsi və ailə həkimi kimi, xarici ölkələrdə isə, yəni Amerika Birləşmiş Ştatlarında, Fransada, İsrail və Türkiyədə Azərbaycan Respublikasının Prezidentinin şəxsi və ailə həkimi kimi tanıtdırmaq üçün saxta yollardan istifadə edərək on illərlə təbliğat aparmışdır.
Bundan əlavə, yerli və xarici ölkələrin yüksək rütbəli məmurlarının iştirak etdiyi tədbirlərə özü ilə fotoqraf apararaq elə müxtəlif rakuslarda şəkillər çəkdirmişdir ki, həmin şəkillərə baxanda elə görsənir ki, guya Şahbaz Şahbazov da həmin tədbirlərin xüsusi qonaqlarındandır və onunla həmin məmurlar guya səmimi dialoq aparırlar. Halbuki, bu kimi fotoların çəkilməsinin məqsədi aydındır. Belə ki, o, həmin şəkilləri sosial şəbəkələrdə paylaşır, həmçinin Tibb Universitetində hər bir tələbənin və müəllimlərin görə biləcəyi yerdə nümayiş etdirərək özünü elə göstərməyə çalışır ki, guya o, Respublikamızda, Türkiyə Respublikasında və digər xarici ölkələrdə böyük nüfuza malik bir şəxsdir. Təbii ki, bu kimi saxta imiclə aldatmağı özünə peşə seçən Şahbaz Şahbazov bu cür saxta imiclə insanlara psixoloji təsir edərək yerli və xarici vətəndaşları, xüsusəndə xarici iş adamlarını aldatmaq məqsədi güdür. Həmin iş adamları da 2 ildən sonra Şahbaz Şahbazov tərəfindən aldadıldığını başa düşür.
Qeyd edirəm ki, Şahbazov Şahbaz Qara oğlu 2018-ci ildə sosial şəbəkələrdə saxta imic yaratmaq məqsədilə bir neçə fotoşəkil paylaşaraq göstərmişdir ki, guya o, 2018-ci ildə “Fairmont Baku” otelində keçirilmiş Türkiyə Respublikasından gəlmiş yüksək rütbəli şəxslərin tədbirinə heç bir aidiyyatı olmadığı halda gəlmiş və foyedə fürsət əldə edərək fotoşəkilləri gələcəkdə öz məqsədini həyata keçirmək üçün əldə etmişdir.
Halbuki, müraciətim əsasında həmin faktla bağlı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Şahbazov Şahbaz Qara oğlu ümumiyyətlə sözügedən tədbirin keçirildiyi 2-ci mərtəbəyə buraxılmamış, sadəcə qonaq gəlmiş vəzifəli şəxslər tədbirdən çıxan zaman otelin çıxış foyesində digər vətəndaşlarla qısa görüşmüşlər, Şahbaz Şahbazov isə fürsət ədə edərək həmin vəzifəli şəxslərlə foto şəkillər çəkdirmişdir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Şahbazov Şahbaz Qara oğlunun bu cür çirkin niyyətli olmasını və barəsində Azərbaycan Respublikasının aidiyyəti orqanlarında araşdırma aparılmasını nəzərə alaraq onun belə tədbirlərə girişini məhdudlaşdırmışdır.
Mən İlham Şirindil oğlu Qurbanovun mətbuatda bu cür çıxış etməyimin səbəbi odur ki, Şahbazov Şahbaz Qara oğlu uzun illər ərzində cəmiyyətdə özünü guya ƏLİYEVLƏR ailəsinin şəxsi və ailə həkimi, həmçinin Azərbaycan Tibb Universitetinin rektorunun ginekologiya üzrə eksperti tanıtmış və həmin saxta ad və imiclərdən istifadə edərək yerli və xarici vətəndaşlarımızı aldadaraq onların əmlak və qeyri-əmlak hüquqları mənimsəmiş və hal-hazırda seçdiyi peşəni ustalıqla davam etdirir. Ona görə də Əliyev İlqar Aqil oğlunun nümayəndəsi və hüquqşünas kimi bizim fəaliyyətimiz Şahbazov Şahbaz Qara oğlu və Şahbazov Şahbazın əlaltıları (Qrup) tərəfindən zərərçəkmiş vətəndaşlarımıza kömək etmək və həmin zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası üçün aidiyyatı hüquq mühafizə orqanlarına düzgün istiqamətləndirmək məqsədi daşıyır.
Xüsusilə qeyd etmək istəyirəm ki, Şahbazov Şahbaz Qara oğlu və digərlərinin barəsində hal-hazırda müvafiq dövlət orqanında mənimsəmə, dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə cinayət işi açılmış və istintaqı davam edir. Ona görə də Şahbazov Şahbaz Qara oğlu və Şahbazov Şahbazın əlaltıları (Qrup) tərəfindən zərərçəkmiş şəxslər mən İlham Şirindil oğlu Qurbanova (hüquqşünas) müraciət edə bilərlər.
Əlaqə nömrə : 050 201 41 55, 050 205 07 59



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019