Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Artan qida zəhərlənmələri - NƏZARƏT GÜCLƏNDİRİLMƏLİDİR
Tarix: 19.03.2019 | Saat: 12:14:00
Bölmə:Sosial | çapa göndər

Mətbuatda tez-tez müzakirə mövzularından biri də qida zəhərlənmələri ilə bağlıdır. Yaxın günlərdə Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər” kafesində dönərdən 7 nəfərin zəhərlənməsi faktı qeydə alındı. Bundan başqa marketlərdə satılan ərzağın içindən plastik məmulatın çıxması da xeyli müzakirələrə səbəb oldu.

Məsələ ilə bağlı hafta.az –a danışan Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Bakıda 15000-ə yaxın dönərxana fəaliyyət göstərir. Bununla belə, Azərbaycanda dönərləri standartlara uyğun hazırlayan, onu -40 dərəcədədə dondurub, xüsusi avtomobillərlə çatdıran çox az müəssisə var:

“Bu dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir. Qalan dönərxanalarda standarta uyğun olmayan, təhlükəli heyvan ətlərindən dönər hazırlaynr. Toyuq ətindən dönərin hazırlanması 2006-cı ildən qadağan olunsa da, hələ də bişirilib satılır. Aparılan montorinqlər nəticəsində müəyyən olunub ki, Səhiyyə Nazirliyi tərəfindən qadağan olunsa da, dönərxanaların 85 faizində toyuq dönəri hazırlanır. Toyuq dönəri xəstəliklərin yaranmasına şərait yaradır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir. Dönərxanalar nəzərdə tutulan qaydalara əməl etmirlər. AİB dəfələrlə təşəbbüs göstərib. Lakin AQTA-nın buna reaksiyasını görməmişik. AQTA-nın cənab Prezident tərəfindən nəzərdə tutulan çox gözəl əsasnaməsi var. Kifayət qədər mükəmməl əsasnamədir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hafta.az-a verilən məlumata görə, sözügedən hadisə ilə bağlı işlər aparılır və mütəmadi monitorinqlər həyata keçirilir:

“Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar başlanılıb. Kafedəki məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələrə dair ətraflı məlumat veriləcək”

AQTA-dan o da bildirildi ki, Agentliyə konkret faktlara əsaslanan müraciətlər daxil olduqda növbədənkənar (plandankənar) yoxlamalar həyata keçirilir:

“Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir. Agentlik tərəfindən satış şəbəkələrində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər aparılır. Həmin müəssisələrdə araşdırmalar aparılır və məhsullar laborator müayinələrə cəlb olunur. Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.Vətəndaşların satış müəssisələri ilə bağlı hər hansı şikayətləri olarsa, konkret faktlarla Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən dərhal sonra şikayətlər Agentliyin əməkdaşları tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
Havanın temperaturu artacaq, arabir yağış gözlənilir
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib