Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bayram günlərində bütün poçt şöbələri xidmət göstərəcək
Tarix: 19.03.2019 | Saat: 12:49:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC mart ayının 20-dən 26-a qədər bayram və istirahət günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.

MMC-dən hafta.az-a verilən məlumata görə, həmçinin Bakı şəhəri Səbayıl rayonu, Üzeyir Hacıbəyli 36-da yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9-dan 18-ə, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri

1. Bakı şəhəri Xəzər rayonu, Sergey Yesenin 102,

2. Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr.19,

3. Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 274,

4. Bakı şəhəri Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109,

5. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi, 3,

6. Cəlilabad şəhəri H.Əliyev prospekti 270,

7. Zaqatala şəhəri H.Əliyev prospekti 36,

8. Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında yerləşən digər “Şəbəkə”lər isə saat 10.00-dan 17.00-a qədər fəaliyyət göstərəcək.

Bayram günlərində bütün Regional Poçt Filialları, Poçt Filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

İstirahət günlərində yığılmış vəsaitlərin təhlükəsizliyinin təmin olunması və aidiyyatı üzrə təhvil verilməsi məqsədilə zəruri tədbirlər görülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019