Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölü” bazar, cehizlik dulus qabları, yorulmuş dulusçu – FOTO-VİDEO
Tarix: 19.03.2019 | Saat: 13:29:00
Bölmə:Reportaj Video | çapa göndər

-Adınız nədir?

-Rövşən, amma mənə burada “antikvar Rövşən” deyirlər.

-Kim deyir, niyə deyir?

-Dostlar, yoldaşlar. Antik əşyalar satdığım, dulus qablar hazırladığım üçün...

Şəkidəyik. Dulusçu Rövşənin emalatxanasında. 45 yaşını çoxdan tamamlayıb. Dediyinə görə yarım əsri haqlamağa lap az qalıb. 20 ildən çoxdur ki, Şəkinin göbəyindəki duluçuluq dükanında dulus məmulatları hazırlamaq və satmaqla məşğuldur. Çörəyi bundan çıxır. Dediyinə görə əvvəllər bu sənət onu yaxşı dolandırırmış, indi çörəyi daşdan çıxır: “Əvvəl köhnə kişilər - nənələr, babalar vardı. Şəkinin özündə də, kəndlərində də dulus qablarından istifadə edərdilər. Duz qabından su qabına qədər dulusdan idi. Yeməyi də, suyu da dadlı olur. Keyfiyyətini saxlayır. O vaxtlar hər gün 50-60 manatlıq qazancımız olurdu. Sifarişimiz də çox idi. Mən bu dulusçuluqla ev də tikdirmişəm, maşın da almışam. Amma indi dövr dəyişib. Bu sənətin üzünə gülən yoxdur. Camaat dulusçuluqdan uzaq düşdükcə bu sənət də ölür. Əsgərlikdən gələndən sonra bu işdən ikiəlli yapışdım. O zamanlar çörək verən sahə idi. İndi xamırı küt gedir”.

“Qardaşım uşaqları hazırlayır, mən satıram...”

Rövşən müəllim deyir ki, dulusçuluq səbr tələb edən işdir. Bir cavanlıqda yaxşı məhsullar hazırlamaq olur, bir də qocalıqda. Elə ki, orta yaşa gəlib çatdın, gərək bir qədər uzaqlaşasan:

-İndi qardaşım uşaqları hazırlayır, mən də satıram.

-Burada dulus tənəkəsi görürəm. Mağazada da düzəldirsiniz, yoxsa bəzək üçün qoymusunuz?

-Yox, bəzək üçün deyil. Qonşunundur. Satmağa qoyub. Daha çörək çıxmır, neynəsin. Bura satış mağazamızdır. Yəni, satalcadır. Emalatxanamız isə qalanın yanındadır. Xan sarayı tərəfdədir.

-Bəs günə neçə manatlıq alveriniz olur?

-Dedim axı, bazarımız “ölüb”. 10-15 manatlıq alverimiz getsə sevinərik. Yerli camaatdan ümidimizi kəsmişik. Ancaq turistlərə, qonaqlara bel bağlayırıq. Onlar da beş-on manatlıq xırda-para şeylər alırlar. Bu boyda yekəlikdə su qabını (əli ilə göstərir) alıb neynəyəcək ki?...

“Hələ də dulusdan cehiz verənlər var...”

Rövşən müəllimin dükanında qədimi el sənətkarlıq nümunələri – samovar, teştilər, mis mecmailər, sinilər, saxsı qablar da var. Saxsı qabları özü hazırlayır. Yəni, təzə məhsullardır. Amma samovarları yerli camaatdan alır, burada turistlərə satır. Dediyinə görə piştaxta üzərində 100-150 ilin samovarları da var: “O gün bir turist gəlmişdi. “Niqolay”ın samovarını satdım.Bəlkə də 100 ilin məhsulu idi. Hə, onu da deyim ki, indi də köhnə kişilər, arvadlar gəlib nəvələrinə, nəticələrinə köhnə samovarlar alırlar. Çünki indikilərə baxanda onlar daha dözümlüdür. Daha çox dulusçu piti qabı alınır. Şəkinin sinvoludur də. Mütləq cehizin içində olmalıdır. Bir və iki nəfərlik qablar, mis qazanlar”.

Rövşən müəllimdən samovarların qiymətini soruşuruq. Deyir ki, qiymətləri 85 manatdan başlayır. Amma bundan 10-15 dəfə baha qiymətə təklif etdiyi samovarıar da var: “Qiymət 85-dən başlayır. Amma 1500 manata da samovarımız var. Köhnələrin qiyməti bahadı. Təzələrinki ucuzdur. Məndən soldakılar köhnədir (əliilə göstərir), sağdakılar isə təzə. Mis dəstləri daha çox turistlər alır. Yerli malları – dulus məmulatlarını isə daha çox yerli camaat və yaxın ölkələrdən gələnlər”.


Dulusçu Rövşən deyir ki, hazırda bu sənətə maraq azalıb. Çünki təlabat yoxdur. Əl əməyi olduğu üçün qiymətləri də bahalaşıb. Səbr tələb edən iş olsa da, dulusçuluğun bərəkətli peşə olduğunu söyləyir: “Ən çox duz qabları satıram. Biri iki manatdır. Nəmişlik götürmədiyi üçün şəkililər daha çox saxsı duz qablarına üstünlük verirlər. Ona görə də bu mağazamızda daha çox piti və duz qabları gətiririk. Nisbi təlabat ancaq bu mallaradır”.

Həmsöhbətim deyir ki, çox adama bu peşəni sevdirib. Tələbələri də çox olub. Öyrətdikləri indi ailələrinə çörək qazanır dulusçuluqla. Daha doğrusu, qazanırdı. İndi onlara bu sənəti öyrətməkdə israr etdiyi üçün bir az qüssə çəkir.

Həmsöhbətim onu da söyləyir ki, maraqlı peşədir. “Xamır”nı hazırlamağından tutmuş yoğurmağına, hazırlanmasına qədər başqa bir həzzi var bu sənətin-deyir.

...Sonra bir qırğız müştəri gəlir. Siqaretini söndürüb rus dilində xoşgəldiniz deyir qonaqlarına. Məhsulları turistlərə göstərib qiymətini söylədikdən sonra sağollaşırıq. Çıxanda isə deyir ki, ömrünüz saxsı içi kimi keyfiyyətli olsun... 

Elə sizin də... əziz oxucular!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019