Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
TAP kəmərinin Albaniya hissəsi 90 faiz hazırdır
Tarix: 19.03.2019 | Saat: 14:12:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Albaniya ərazisinə düşən hissəsində tikinti işlərinin 90 faizdən çoxu başa çatıb.

Hafta.az xəbər verir ki, bunu trend-ə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyindən bildiriblər.

TAP-ın ölkədə həyata keçirilməsində ümumi irəliləyişin proqnoza uyğun gəldiyini açıqlayan nazirlikdən məlumat verilib ki, 2016-cı ilin sentyabrından boru kəmərinin yerüstü hissəsində tikinti mərhələsi başlayandan 2018-ci ilin sonuna qədər Albaniya hissəsində tikinti işlərinin 90 faizindən çoxu yekunlaşıb.

Albaniya Enerji Tənzimləmə Təşkilatının 2019-cu ildə TAP AG konsorsiumunun qaz nəqli operatoru qismində lisenziyalaşdırılması üçün icazə verəcəyi gözlənilir.

Qeyd edək ki, Transadriatik qaz kəmərinin tikintisinin 2019-cu il ərzində başa çatdırılması gözlənilir.

Xatırladaq ki, 4,5 milyard avro dəyəri olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019