Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xonça müsabiqəsi” keçirilib - BSU-da
Tarix: 19.03.2019 | Saat: 14:38:00
Bölmə:Sosial | çapa göndər

Martın 18-də Bakı Slavyan Universiteti üzrə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş fakültələrarası “Xonça müsabiqəsi” keçirilib.

Hafta.az xəbər verir ki, tədbirin əvvəlində çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb, bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firəvanlıq arzulayıb.

Bayram tədbirində “Xonça müsabiqəsi”nin qalibləri mükafatlandırılıb. “Çeşidli xonça” nominasiyası üzrə filologiya və xarici dil müəllimliyi fakültəsi, “Möhtəşəm xonça” nominasiyası üzrə Azərbaycan filologiyası və jurnalistika fakültəsi, “Qədim üslublu xonça” nominasiyası üzrə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, “Kreativ xonça” nominasiyası üzrə pedaqoji fakültə, “Bəzəkli xonça” nominasiyası üzrə tərcümə fakültəsi, “Gözəl və bərəkətli xonça” nominasiyası üzrə Əlavə təhsil və qiyabi şöbə, “Zövqlü xonça” nominasiyası üzrə magistratura şöbəsi qalib gəlmiş və diplomla mükafatlandırılmışlar.

Tədbirin davamında tələbələrin ifasında mahnılar, milli rəqslər, birlik rəmzi olan “Yallı” nümayiş edilib.

Qeyd edək ki, müsabiqədə sərgilənən xonçalar və bayram süfrəsinə lazım olan ərzaqlar YAP Gənclər Birliyinin xeyriyyə qrupu üzrə məsul nümayəndəsi Günay Əhmədovanın təşkilatçılığı ilə toplanılmışdır. Xonça və ərzaqlar Bakı “SOS” uşaq kəndinə və aztəminatlı ailələrə paylanılacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019