Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Əfv sərəncamı ölkədə vətəndaş həmrəyliyini daha da möhkəmləndirdi"- Aydın Quliyev
Tarix: 19.03.2019 | Saat: 14:48:00
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamında bir çox məhbuslar azadlığa buraxıldı, ömürlük həbs olunanların isə cəza müddəti azaldıldı.

Cənab Prezidentin imzaladığı bu əfv sərəncamı həm məzmununa görə, həm də doğurduğu reaksiyalar baxımından əvvəlki əfv sərəncamlarından əhəmiyyətli dərəcədə fərqlənir.

Bu sözləri hafta.az-a Bakı-Xəbər qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. 

Onun sözlərinə görə, həm ölkə daxilində, həm xarici miqyasda adları bir sıra kürsülərdə hallandırılan,  müqayisə obiyekti olan, bəzən də müyyən qüvvəllərin vasitəçisi kimi istifadə etdiyi şəxslərin də siyahıda olmasını nəzərə alsaq, görərik ki, bu sərəncam çox əhəmiyyətlidir: "Ölkənin daxilində müxtəlif siyasi qüvvələri təmsil edən, bəzi siyasi təşkilatlar üçün müəyyən manevrlər etməyə çalışan şəxslərin adlarının bu siyasıda olmasını yüksək qiymətləndirirəm. Bu sərəncam ölkədə vətəndaş həmrəyliyini daha da möhkəmləndirdi. Müxtəlif beynəlxalq təşkilatların Azərbaycanla münasibətində yaranan fasilələrin bərpası üçün yaxşı şərait yaratmış olacaq. Açıq deyək ki, Avropanın bir sıra qurumları bəzi əfv olunan insanlarla bağlı müəyyən narahatlıqlar yaradırdılar. Bu sərəncam onu da aradan qaldırmış oldu. Mən əfv sərəncamını Azərbaycanda siyasi qüvvələr arasında möhkəmliyin yaranmasına şərait yaradacaq perspektivli addım kimi qiymətləndirirəm".

Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub. Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, "Nida" hərəkatının üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank" ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019