Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əli Əhmədov pansionatda yaşayan ahıl insanlarla görüşüb
Tarix: 19.03.2019 | Saat: 15:06:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və hakim partiyanın nümayəndələri Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatına baş çəkiblər.

Hafta.az-ın verdiyi məlumata görə, YAP-ın Sədr müavini pansionatda yaşayan ahıl insanlarla görüşüb.

Pansionatın sakinləri qarşısında çıxış edən Baş nazirin müavini onları Novruz bayramı münasibətilə təbrik edib. Baş nazirin müavini bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənilməsi üçün lazımi addımlar atılır.

Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Ə.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir.

Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram sovqatı təqdim olunub.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
Havanın temperaturu artacaq, arabir yağış gözlənilir
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib