Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
DSX-nin bütün hərbi hissələrində silsilə tədbirlər keçirilir
Tarix: 19.03.2019 | Saat: 16:14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində insanlara yüksək əxlaqi keyfiyyətlər, xeyirxahlıq və həmrəylik hissləri aşılayan, xalqımızın mənəvi dünyasının ayrılmaz hissəsi olan Novruz bayramı ərəfəsində silsilə tədbirlər keçirilir.

DSX-dan hafta.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində mart ayının 15-də Dovlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə DSX-nin Sahil Mühafizəsində və Horadiz sərhəd dəstəsində bayram tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərdə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin milli ənənələrimizin himayədarı olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından, Dahi Öndərin təməlini qoyduğu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, dinamik iqtisadi inkişafın təmin olunması sayəsində xalqımızın sosial rifahının durmadan artmasından, ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsindən, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlərdən ətraflı danışılıb.

Tədbirlərdə çıxış edən sərhədçilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında azərbaycançılığın beşiyi olan müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərini qorumaqdan şərəf və qürur duyduqlarını bildirərək ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə ediblər.

Bayram münasibətilə hərbi qulluqçular və onların ailə üzvləri üçün təşkil olunmuş tədbirlərdə Respublikamızın mədəniyyət və incəsənət xadimləri, tələbələr maraqlı bədii konsert proqramları ilə çıxış etmiş, qonaqlar hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019