Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bütün banklarda problemli kreditlərlə bağlı xüsusi komissiyalar fəaliyyət göstərir - EKSPERT
Tarix: 19.03.2019 | Saat: 16:20:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bir müddət əvvəl Prezident İlham Əliyev problemli kreditlərlə bağlı fərman imzaladı.

Fərmanda da bildirilirdi ki, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir:

"Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir”.

Bu fərmandan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verildi.

Martın 15-dək problemli krediti olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi ilə bağlı qaydaların təsdiq ediləcəyi, daha sonra 1 ay müddətində - aprelin 15-dək isə problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısının tam hazır olacağı bildiriliridi.

Artıq mart ayının 15-i arxada qalıb. Hazırda fərmanın icrası ilə bağlı mövcud vəziyyəti hafta.az-a şərh edən iqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, artıq bütün banklarda xüsusi komissiyalar yaradılıb, müəyyən işlər aparılır:

“Bəli, problemli kreditlərin müzakirə edilməsi prosesi aparılır. Bu fərmandakı qaydalara uyğun problemli kreditlərin siyahısı müəyyənləşdirilir. Gözləntim ondan ibarətdir ki, ikinci mərhələdən sonra təmamilə işlər yekunlaşar və əhaliyə konpensasiyalar qaytarılar. Qeyd edim ki, həmin fərmana müvafiq nəzrdə tutulan güzəştlərin tətbiqinə uyğun qaydalar təsdiq olunacaq. Təsdiq olunandan sonra ikinci mərhələ başlanacaq.

F. Yusifov işlərin nəzərdə tutulan şəkildə aparılmasına də münasibət bildirdi:

“Ən böyük uğur fərmanın imzalanması idi. Bu iqtisadçıların heç birinin düşündüyü qədər bir güzəşt deyildi. Yəni, Prezidentin bu qədər böyük güzəştlər edəcəyi düşünülmürdü. Dövlət başçısı böyük bir qətiyyət ortaya qoydu. Mən aparılan işlərdən tam razıyam. İkinci mərhələdə ödənişlərin uğurların baş tutacağından şübhə etmirəm”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019