Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda Novruz şənliyi
Tarix: 19.03.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib.

Bayram tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
“Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verirdi.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.
Bayram tonqalı alovlandırıldı.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini tədbik edərək qeyd etdi ki, Novruz xalq bayramıdır. Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi böyük sevgi ilə yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır.
Rayon rəhbəri xüsusi vurğuladı ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilib.
İlqar Abbasov bildirdi ki, Novruz bayram arzular bayramıdır. Hər insanın öz arzusu var. Eyni zamanda xalqımızın, millətimizin arzusu vardır. Mən bu bayram günü hamının öz arzularına, niyyətlərinə çatmasını arzulayıram. Arzu edirəm ki, hər bir insanın arzusu yerinə yetsin. Amma eyni zamanda, bizim hamımızın ümummilli, ümumxalq arzumuz vardır.

Bu arzu ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında daha da möhkəmlənsin, inkişaf etsin. Möhtərəm Prazidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə düşmən tapdağı altında olan torpaqlarımız azad olunsun, bayram tonqalları Qarabağda - Şuşada, Xankəndində alovlansın. Milli azadlığımız, dövlət müstəqilliyimiz daimi olsun, əbədi olsun. Hər yeni Novruz bayramı dövlətimizə və millətimizin uğurlu inkişafina rəvac verirsin. Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstərir, digər tərəfdə isə qədim şərq bazarı, sərgilənən misgərlik əşyaları, xalça, palac, kilim iştirakçıların marağına səbəb olurdu. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd etdirlər. Bayram tədbirləri rayonun bütün qəsəbələrində 20-21 mart tarixlərində davam ediriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019