Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmi araşdırmalar sahəsində tarixi uğur
Tarix: 19.03.2019 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycan elm sahəsində hazırlanan məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib

Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub.

Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Təhsil Nazirliyinin məlumatına görə, “Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb.
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığa 2015-ci ildə start verilib. Qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Eyni zamanda professor-müəllim heyətinin, tədqiqatçıların və təhsilalanların dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları və monoqrafiyaları barədə elmi məlumatlara çıxışının təmin olunması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, alimlərimizin imic və reputasiyasının gücləndirilməsi və ən əsası, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsi qarşıya məqsəd qoyulub.
Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub. Alimlərimizin elmi bazanın imkanlarından daha aktiv faydalanması üçün bu vaxta qədər Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 2300 nəfərin iştirakı ilə 70-ə yaxın təlim və sertifikasiya proqramı təşkil edilib.
2014-2018-ci illər ərzində Azərbaycan alimlərinin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz artıb. Həmin dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstərici 2,1 dəfə artıb.

Universitetlərin beynəlxalq reytinq siyahılarının hazırlanması zamanı nəzərə alınan meyarlar arasında ali təhsil müəssisələrinin elmi fəaliyyətinin nəticələri həlledici çəkiyə malikdir. Dünyanın aparıcı reytinq agentlikləri universitetlərin elmi fəaliyyətinə dair məlumatları əsasən “Web of Science®” bazasından birbaşa əldə edirlər. Bu baxımdan sözügedən bazaya daxil olan məqalələrin, xüsusilə də həmin məqalələrə edilən istinadların sayının artması ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına ciddi təkan verəcək.
Xatırladaq ki, 2016-cı ildən etibarən Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayı artıb və həmin il elmi materialların sayı 350-yə çatıb. Bu göstərici 2015-ci ildəkindən 40 faiz (2015-ci ildə 250 olub) çoxdur. Qazanılan uğur 2015-ci ilin dekabrında Təhsil Nazirliyi ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında imzalanan əməkdaşlıq müqaviləsinin nəticəsidir. Əməkdaşlıq nəticəsində ilk dəfə ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları, monoqrafiyaları, konfrans materiallarını da Azərbaycan alimlərinin ixtiyarına verib. Qeyd edək ki, 2017-ci ildə dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin təxminən yarısı universitet alimlərinin əqli məhsullarıdır.

Digər tərəfdən, statistikaya əsasən, həmin il Azərbaycanın təhsil müəssisələri tərəfindən təqdim olunan publikasiyalara ən çox istinad da qeydə alınıb. Araşdırmalar demək olar ki, fundamental elmləri əhatə edib. Riyaziyyat, tətbiqi riyaziyyat, materialşünaslıq, fizika və kimya ən çox araşdırılan elm sahələri olub. Bazadan istifadə aktivliyində də artım dinamikası müşahidə olunub. Bazadan istifadəyə görə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fərqlənib.

Xatırladaq ki, ali təhsil və elmin kəsişmə nöqtələrindən biri tədqiqat və işləmələr hesab olunur. 2000-2014-cü illər arasında ali təhsil müəssisələrində tədqiqat və işləmələrlə məşğul olanların sayı 5,75 dəfə artdığı halda, elmi-tədqiqat təşkilatlarında bu göstərici cəmi 1,26 dəfə çoxalıb. Beləliklə, ali təhsil müəssisələrində tədqiqat və işləmələrin həcmi daha sürətlə böyüyür ki, bu da ali təhsilin elm tutumunu gücləndirir. Digər tərəfdən alimlik dərəcəsi olan tədqiqatçıların sayı 2005-2014-cü illərdə ölkə üzrə cəmi iki dəfə artığı halda, ali təhsil sektorunda bu indikator 5,8 dəfə atrıb. Bu mənada ekspertlər ali təhsil sektorunda elmin rolunun sürətlə böyüdüyü qənaətindədirlər. Onların fikrincə, Azərbaycanda da universitetlərdə elmin iqtisadi inkişafın əsas təmayüllərinə uyğunlaşdırılması və kommersiyalaşdırılması istiqamətində mühüm addımlar atıla bilər. Universitetlərimizdə aparılan elmi araşdırmaların bir hissəsi bilavasitə biznesin sifarişinə uyğun həyata keçirilə bilər ki, bu da elmin və təhsilin inkişafı üçün əlavə stimul olmaqla ümumilikdə iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edər.

Sözsüz ki, bu istiqamətdə atılan addımlar arasında ən mühümlərindən biri Təhsil Nazirliyi ilə “Thomson Reuters Corporation”nın “İntellektual mülkiyyət və elm” bölməsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanmasıdır. Qeyd edək ki,“Thomson Reuters” şirkəti 1992-ci ildə həmin vaxta qədər biblioqrafik məlumat bazası və elmi istinad indeksi olan “Science Citation Index (SCI)” adlı məhsulu ilə məşhurlaşan Elmi İnformasiya İnstitutunu (Institute of Scientific Information) satın aldıqdan sonra onun təcrübəsi əsasında formalaşdırdığı “Web of Science” platforması ilə bu sahədə dünyanın qəbul etdiyi ən etibarlı və ən başlıca elmi informasiya bazasına malik olan şirkətə çevrilib. Hazırda “Web of Science” elmi platforması 7 nəhəng elektron elmi bazanı özündə birləşdirir. Bunlardan biri 150 elm sahəsi üzrə 8500-dən çox başlıca elmi jurnalı əhatə edən Genişləndirilmiş Elm İstinad İndeksi – “SCI-Expanded” (Science Citation Index Expanded), digərləri 1990-cü ildən bu tərəfə 55 ictimai elm sahəsi üzrə 3000-dən çox elm jurnalı özündə birləşdirən İctimai Elmlər İstinad İndeksi – “SSCI” (Social Sciences Citation Index), 1975-ci ildən bu günə 1700-dən çox elmi jurnalın daxil olduğu İncəsənət və Humanitar Elmlər İstinad İndeksi – “A&HCI” (Arts & Humanities Citation Index), 1993-cü ildən bu günə 2,6 milyondan çox kimyəvi tərkib haqqında məlumatları özündə toplayan Kimyaçı İndeksi – “IC” (Index Chemicus), 1986-cı ildən bu günə 1 milyondan çox kimyəvi reaksiya haqqında məlumatın əks olunduğu Mövcud Kimyəvi Reaksiyalar – “CCR” (Current Chemical Reactions), 2005-ci ildən bu günə 50000-dən çox elmi redaktorlu kitabları əhatə edən Kitab İstinad İndeksi – “BCI” (Book Citation Index), 1990-cı ildən bu günə qədər keçirilən 160000-dən çox elmi konfransın materiallarını özündə birləşdirən Konfrans Materialları İstinad İndeksi – “CPCI” (Conference Proceedings Citation Index) elmi bazalarıdır.

“InCites” platforması isə “Web of Science” platformasına daxil olan elmi bazalar əsasında elmi-tədqiqat müəssisələri və tədqiqatçıların məhsuldarlıqlarını ölçməyə və müqayisə etməyə imkan verən peşəkar beynəlxalq qiymətləndirmə sistemi sayılır. Platforma “Create Citation Reports” və “Cited Reference Search” alətləri vasitəsilə tədqiqatçıların məqalələrinə verilən istinadların sayını, “Journal Citation Report” (JCR) aləti ilə də jurnalların təsir faktorlarını (impact factors) hesablamağa imkan verir. Bu platforma bütövlükdə tədqiqatçının və onun çalışdığı qurumun tədqiqat üzrə məhsuldarlıqlarına əsaslanaraq onların dünyadakı reytinqini müəyyən edir. Onu da deyək ki, “Thomson Reuters” sözügedən xidmətlər üzrə son illər “Elsevier” şirkətinin “Scopus” və “Google” şirkətinin “Google Scholar” elmi platformaları tərəfindən ciddi rəqabətə məruz qalsa da, hazırda bu sahədə dünyadakı liderliyini qoruyub-saxlayır. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası da Web of Science bazasının (www.thomsonreuters.com) üç sitatgətirmə sistemindən hər hansı birinə daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi