Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət Komissiyası Ermənistanda saxlanılan Qazax sakini ilə bağlı məlumat yayıb
Tarix: 19.03.2019 | Saat: 17:55:00
Bölmə:Sosial | çapa göndər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb.

Komissiyadan hafta.az-a verilən məlumata görə, hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu ilə bağlı məsələ hadisənin baş verdiyi 16 mart 2019-cu il tarixdən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir.

E.İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanmış, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılmışdır.


Daxil olmuş məlumata əsasən, 19 mart 2019-cu il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları saxlandığı xəstəxanada E.İbrahimova baş çəkmişlər. E.İbrahimovun səhhətində hər hansı problemin olmadığı və qarşı tərəfə keçərkən ayağından aldığı yaranın müalicəsinin davam etdirildiyi bildirilir.


Dövlət Komissiyası hazırda tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsinin zəruri olduğunu bir daha vurğulayır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi