Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdamda bayram şənliyi
Tarix: 19.03.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Baharın gəlişi cəbhə bölgəsi olan Ağdamda böyük sevinc hissi ilə qeyd olunur. Rayonun Quzanlı qəsəbəsində mərkəzi meydanda ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib.

Qryd edək ki, N saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, nağara ifaçılarının çıxışları, dirədöymə, kimi müxtəlif oyunlar maraqla qarşılanıb. Dədə Qorqud və Bahar qız meydana daxil olaraq, bayram iştirakçılarına təbriklərini çatdırıblar.

Bayram şənliyində çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Tədbirdə N saylı hərbi hissənin əsgərlərinin və Ağdam Dövlət Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirdikləri xüsusi proqram bayram iştirakçılarında xüsusi əhval - ruhiyyə yaradıb.
Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə Ağdam rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlar və bayram sovqatı təqdim olunub. Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi