Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İsmayıllı sakininin aldığı kərə yağı əridildikdən sonra qaraldı - GÜNÜN TƏZADLARI
Tarix: 19.03.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

İsmayıllı rayon sakininin bayram şirniyyatı bişirmək üçün rayonda fəaliyyət göstərən marketlərin birindən aldığı kərə yağı əridilən zaman rəngini dəyişdi. Hafta.az Xezerxeber.az-ın məlumatına əsasən xəbər verir ki, yağ əvvəlcə sarı olub, əridildikdən sonra isə rəngini dəyişərək qaralıb. Rayon sakini Qönçə Həsənova deyir ki, yağı əridərkən məhsulun rəngi dəyişib və başqa bir hala düşüb. O, yağdan istifadə etməyə ehtiyatlanıb. Qönçə Həsənova aldığı məhsuldan bir parça götürərək Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı regional bölməsinə təqdim edib. Nümunələr laborator müayinəyə göndərilib.

Yağı alan sakin üzləşdiyi vəziyyət ilə bağlı mağazaya da məlumat verib. Mağazadan ona məhsulun istehsalçısı deyil, satıcısı olduqlarını və bu səbəbdən sözügedən problemlə bağlı məsuliyyət daşımadıqlarını bildiriblər. Yağın qaralmasının səbəbi isə laboratoriyanın nəticələrindən sonra bəlli olacaq.


Qaraçuxur qəbiristanlığı zibilxanaya çevrildi


Bakıda avtobusda qəribə olay baş verdi. Hafta.az yazır ki, bu haqda “Xəzər Xəbər'' xəbər yayıb. Bakıda qəbiristanlıq boyu
hər tərəfə o qədər məişət tullantıları atılıb ki, zibilxananı xatırladır. İzləyicilər tərəfindən “vatsap” nömrəsinə göndərilən bu görüntü paytaxtın Suraxanı rayonu Qaraçuxur qəbiristanlığında çəkilib. Məlumata görə, "qaynar xətt"ə göndərilən digər görüntü isə Binəqədi rayonu kənd qəbiristanlığında çəkilib. Araşdırmamız nəticəsində məlum olub ki, hər iki qəbiristanlıq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansındandır.


Amerikalı sənətçi İslamı qəbul etdi


Maykl Cekson və Uitni Hyuston başda olmaqla bir çox görkəmli sənətkarın vokalistliyini edən amerikalı artist Della Miles İslamı qəbul etdi. Hafta.az Publika.az-a istinadla xəbər verir ki, məşhur bir sıra konsert görüşməsi üçün İstanbula gəlib. Türkiyə və türk insanına olan heyranlığını hər fürsətdə dilə gətirən ifaçı Sultanəhməd Məscidi və arxitekturasına heyran qalıb. Tarixi abidələri ziyarət etdikdən sonra alış-veriş edən Miles evinə asmaq üçün Türk Bayrağı alıb. Xoşbəxt anlarını sosial media hesablarından bölüşən Della Miles “Əşhədü ən la ilahə illəllah və əşhedü ənna Muhammədən abdühü və rəsulühü” yazaraq böyük bir sürpriz edib. Ötən həftə Yeni Zellandiyada baş verən qırğından sonra sənətçi İstanbul səfərində bir müddətdir arzusunda olduğu qərarını həyata keçirərək müsəlman olub. Təxminən, bir ildir ki, müsəlmanlıq və İslam dini haqqında müxtəlif araşdırmalar aparan Della fikirlərini belə ifadə edib: “Dünyanın bir çox yerində islamofobiya bir xəstəlik kimi yayılır. Bunun ən vəhşi nümunəsini Yeni Zelandiyada gördük. Qanımız dondu. İçimiz parçalandı...”.


Bakıda meymun avtobusda sərnişin oldu


Paytaxtda sərnişin öz meymununu avtobusa mindirdi. Hafta.az “BAKU.WS”a istinadla xəbər verir ki, olay “BakuBus” MMC-yə məxsus 5 nömrəli marşrut avtobusunda qeydə alınıb. Belə ki, meymun avtobusun sərnişini olub. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qaydaları pozan sərnişin məsuliyyətə cəlb olunacaq. “Nazirlər Kabinetinin baqaj və sərnişindaşımaları haqqında müvafiq qərarı var. Həmin qərarda avtobusda heyvanların daşınması ilə bağlı məsələlər açıq şəkildə əksini tapıb.
Sərnişin sanitar və baytarlıq normalarına riayət etməklə heyvanları daşıya bilər. Bu videoda görünən mənzərə bu qaydaların pozulmasıdır və bunu edən sərnişin İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır. Bu məsələ artıq nəzarətə götürülüb və araşdırılacaq. Nəticəyə uyğun da tədbir görüləcək”.

 

Çində həkim 3 min km məsafədə xəstəni əməliyyat etdi


Çində cərrah ilk dəfə insan beynində videorabitə vasitəsilə beyin əməliyyatı keçirdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə qeyd edilir ki, əməliyyat, təxminən, üç saat davam edib. Həkim Linq Jipey 3 saatlıq əməliyyat keçirib və mobil telefon vasitəsilə 3000 kilometr uzaqlıqdan əməliyyatı idarə edib. Həkimin sözlərinə görə, 5G şəbəkəsi distans idarədən təsvirin və ya ləngimənin ləngimədən ötürülməsini təmin edib və əməliyyat zamanı heç bir problem yaranmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019