Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Baş Prokurorluqda könüllülərlə görüş keçirili
Tarix: 19.03.2019 | Saat: 22:33:00
Bölmə:Sosial | çapa göndər

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində gənclərin iştirakı müasir dövrün tələbləri səviyyəsində davam etdirilir.

Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edərək, bu sahədə görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılmışdır. Ölkəmizdə müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər islahatlar həyata keçirilmiş, könüllülər hərəkatı geniş vüsət almışdır.

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində ictimai köməkçi qismində iştirak etmək arzusunda olan ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin prokurorluğun fəaliyyətinə cəlb edilmələri üçün zəruri tədbirlər görülür.

Prokurorluq orqanlarına ictimai köməkçi qismində fəaliyyət göstərmək məqsədi ilə 100 nəfərdən artıq könüllü gənc müraciət edib.

İctimai köməkçi qismində könüllü gənclər prokurorluq orqanlarında fəaliyyət göstərdiyi müddət ərzində prokurorluğun faəliyyət istiqamətləri ilə yaxından tanış olacaq, yeni bilik və bacarıqlar qazanacaq, təhsil aldıqları müəssisələrdə hüquq sahəsi üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər. Onlar ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında, o cümlədən prokurorluğun digər qurumlarında təcrübə keçəcək, prokurorluq işçilərinin iş təcrübəsini öyrənəcək, prokurorluqlarda keçirilən tədris məşğələlərində və seminarda iştirak edəcəklər.

Bununla əlaqədar 19 mart 2019-cu il tarixdə Baş Prokurorluğun rəhbər heyəti ilə ictimai köməkçi qismində fəaliyyətə başlayacaq könüllü gənclərlə görüş keçirilmişdir.

Könüllülərin ictimai köməkçi qismində fəaliyyəti ilə əlaqədar sənədlərinin qəbulu hazırda davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi