Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ombudsman Aparatının nümayəndələri bayram tədbirlərində iştirak ediblər
Tarix: 19.03.2019 | Saat: 23:56:00
Bölmə:Gündəm | çapa göndər

Novruz bayramı günləri ərəfəsində keçirilən tədbirlər çərçivəsində Ombudsman Aparatının nümayəndələri Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət məssisəsində, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə baş tutmuş və Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının və Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissələrində təşkil olunmuş bayram tədbirlərində iştirak ediblər.

Aparatdan hafta.az-a verilən məlumata görə, qurumun nümayəndələri tədbirlərdə təsisatın insan hüquqları, o cümlədən uşaqların, qadınların və ahılların hüquqlarının təmin olunması və müdafiəsi sahəsində Müvəkkilin çoxşaxəli fəaliyyəti barədə ətraflı məlum verərək, qarşıdan gələn Novruz bayramı münasibətilə Ombudsmanın salamlarını, bayram təbriklərini və xoş arzularını iştirakçılara çatdırıblar.

Qeyd olunmalıdır ki, bayramlar ərəfəsində silsilə tədbirlər Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri tərəfindən, habelə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində, həmçinin Ahılların Resurs Mərkəzində də təşkil olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019