Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərpoçt" bayram günlərində də işləyəcək
Tarix: 20.03.2019 | Saat: 11:11:00
Bölmə:Sosial | çapa göndər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC martın 20-dən 26-dək bayram və istirahət günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.

“Azərpoçt”dan hafta.az-a verilən məlumata görə, həmçinin, Bakı şəhəri Səbayıl rayonu, Üzeyir Hacıbəyli 36-da yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9:00-dan 18:00-dək, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri isə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Həmin mərkəzlərə Bakı şəhərində yerləşən Xəzər rayonu, Sergey Yesenin 102, Yasamal rayonu, Hüseyn Cavid prospekti 19 və A.M.Şərifzadə 274, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi 3, həmçinin Cəlilabad şəhəri H.Əliyev prospekti 270, Zaqatala şəhəri H.Əliyev prospekti 36 və Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında yerləşən digər “Şəbəkə”lər daxildir. 

Bayram günlərində bütün Regional Poçt Filialları, Poçt Filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək. 

İstirahət günlərində yığılmış vəsaitlərin təhlükəsizliyinin təmin olunması və aidiyyəti üzrə təhvil verilməsi məqsədilə zəruri tədbirlər görülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019