Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək - İlham Əliyev
Tarix: 20.03.2019 | Saat: 13:46:00
Bölmə:Siyasət | çapa göndər

Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq.

Hafta.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı bildirib ki, ötən ilin may ayında açılışı olmuş Cənub Qaz Dəhlizi tarixi layihədir: “Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq.

May ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur”.

Prezident xatırladıb ki, iyun ayında digər tarixi hadisə baş verib – TANAP qaz kəmərinin açılışı mərasimi keçirilib: “Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtdir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir.

Biz keçən il üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnoloji baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi