Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəzaçəkmə müəssisələrində peşə təhsili standartları müəyyənləşdirilib
Tarix: 20.03.2019 | Saat: 15:20:00
Bölmə:Sosial | çapa göndər

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nı təsdiq edib.

Hafta.az-ın məlumatına görə, standartlar cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmununu; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin idarə olunmasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin maddi-texniki bazasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin infrastrukturunu; təhsilverənlərin keyfiyyətgöstəricilərini; təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

Bu standartlar Azərbaycan ərazisində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə və xüsusi peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur. Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə əsasən peşəsi və ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və peşə hazırlığı həyata keçirilir.

Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur.

Bu standartlar 5 ildən bir yenilənir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmunu peşə təhsilinin dövlət standartlarına uyğun olaraq təşkil edilir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tədris ili 2 yarımildən ibarətdir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Xüsusi peşə təhsili müəssisələrində təhsilalanların komplektləşdirilməsindən asılı olaraq, tədris prosesi ilin istənilən vaxtında başlana bilər. Dərs ili ərzində qış tətili 8 gündür.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir. Tədris emalatxanalarında praktik məşğələlər zamanı təlimin birinci ilində hər 45 dəqiqədən, təlimin ikinci və sonrakı illərində hər 90 dəqiqədən sonra 10 dəqiqə fasilə verilir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Şuranın iclaslarında təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq təlim-tərbiyə, tədris prosesinin təşkili və həyata keçirilməsi, işəgötürənlərlə qarşılıqlı əlaqələr, innovativ pedaqoji ideyaların və istehsalat yeniliklərinin tətbiqi, sağlam psixoloji mühit və təhlükəsiz şəraitin yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, maliyyələşmə ilə bağlı məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması, həvəsləndirmə, mükafatlandırma istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinə və xüsusi peşə təhsili müəssisəsinə Təhsil Nazirliyi ilə razılaşdırmaqla, nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən vəzifəyə təyin edilən şəxs rəhbərlik edir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019
ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib
Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı hazırdır
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi