Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Messi klonlaşdırıla bilər
Tarix: 21.03.2019 | Saat: 13:18:00
Bölmə:İdman | çapa göndər

Avropa Genetik Arxivinin rəhbəri, genetik-alim Arkadi Navarro, günümüzün yüksək texnologiyalarının argentinalı futbol ulduzu Lionel Messini klonlaşdırmağa imkan verdiyini bildirib.

Alimin açıqlamasından "Mundo Deportivo" nəşri sitat gətirib.

Navarro əmin edir ki, genetiklər "Barselona" klubunun hücumçusu Messiyə son dərəcə bənzəyəcək insan "yarada bilər".

"Belə olan halda Messinin əkizini əldə edərdik. Sanki onlar eyni vaxtda doğulub, sadəcə, birini 20 il müddətinə dondurublar", - alim bildirib.

Messi "Barselona" tarixinin ən yaxşı bombardiridir. Klubda çıxış etdiyi müddət ərzində 674 matça 591 qol vurub.

Heyvanların klonlaşdırılması ilə bağlı təcrübələr hələ ötən yüzilliyin ikinci yarısından etibarən aparılıb.İnsanı klonlaşdırma cəhdləri də olub. Habelə bir çox ölkələrdə insanın klonlaşdırılması qeyri-etik və qanuna zidd hesab olunur. Məsələn Fransa, Almaniya, İspaniya, ABŞ kimi ölkələrdə insanın klonlaşdırılması qadağan olunub.

Klon - yunan sözü olub, "budaq", "gövdə" mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. Bəzən klonlaşdırma süni mayalanma ilə səhv salınır. Bu, doğru deyil. Süni mayalandırma dişi yumurtahüceyrənin erkək toxumu (spermatozoid) ilə mayalanmasıdır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019