Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əfv sərəncamı yüksək humanizmin və mərhəmətin nümayişidir - RƏY
Tarix: 21.03.2019 | Saat: 14:21:00
Bölmə:Gündəm | çapa göndər

Martın 16-da Prezident İlham Əliyevin sayca 34-cü əfv sərəncamını imzaladı. 1995-2003-cü illərdə isə 32 əfv sərəncamı və 7 amnistiya aktı həyata keçirilmişdi. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Bu rəqəmlərdən görünür ki, Prezident İlham Əliyevin əlamətdar günlər ərəfəsində əfv sərəncamları imzalaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idarəçiliyində humanizm siyasətinin uğurla davam etdirilməsinin nümayişi, əyani sübutudur. Bu fikirləri isə hafta.az-a açıqlamasında qhtxeber.az saytının baş redaktoru, ekspert Sənan Nəcəfov deyib:

"Bəllidir ki, ölüm hökmünün ləğv olunması, əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ilə məhkumların azadlığa qovuşub cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmələrinə şəraitin yaradılması Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biri olub. Onu da xüsusilə qeyd etməliyik ki, son amnistiya aktlarından 4-nün təşəbbüsçüsü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bütün bunlar həm Heydər Əliyevin, həm hazırki prezident İlham Əliyevin, həm də 1-ci vitse-prezident Mehriban Əliyevanın vətəndaşa humanizm və mərhəmət prinsipləri əsasında yanaşmasının göstəricisidir. Söz yox ki, yüzlərlə insanın vaxtından əvvəl azadlığa buraxılması onlara verilən yeni bir şansdır. Bu, onlara öz səhvlərindən nəticə çıxarmaq üçün həm də unikal imkan yaradır. Bu məqamın ayrıca fəlsəfi və psixoloji izahı var. Çox istərdim ki, bu yöndə elmi araşdırmalar, məqalələr yazılsın, daha geniş şərh olunsun".
Ekspertin sözlərinə görə, aydın məsələdir ki, bu sərəncamı diqqətə gətirən səbəb hüquq-müdafiə təşkilatlarının daha çox müraciətləri etdikləri ictimai fəalların, nisbətən tanınmışların əfv olunmasıdır: Qeyd olunan təbəqədən 52 nəfərin əfv olunması, olduqca böyük göstəricidir. Amma bunu nəzərdən qaçırmayaq ki, bütövlükdə əfv sərəncamları Cinayət Məcəlləsinin əksər maddələri ilə məhkum olunmuş şəxsləri əhatələyib. Bir az da geriyə qayıtsaq, deməliyik ki, məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhhəti və s. amillər nəzərə alınır, sonradan Əfv Komissiyasına yönəldilir. Komissiya isə bütün müraciətləri diqqətlə, dəqiqliklə və ən əsası obyektiv qaydada araşdırır. Yekunda istənilən halda qərar verən Cənab Prezidentdir və bu və ya digər şəxsin əfv olunması Cənab Prezidentin müstəsna səlahiyyətindədir. Bundan sonra baş verənlər üçün yalnız bunu demək qalır: Yüksək humanizmin və mərhəmətin nümayişi.
Söhbətimizin əvvəlində Ümummilli lider Heydər Əliyevin başladığı dövlət idarəçiliyində humanizm xəttini təsadüfən qeyd etmədim. 1995-ci ildən bu günə kimi siyasi prosesləri izləyənlər xatırlayırlar ki, indiyə qədər imzalanmış sərəncamlarda ictimai aktivləri, belə deyək nisbətən tanınmışların əfvi böyük əks-səda doğurub. Prezident İlham Əliyev hakmiyyətə gələndən sonra elə “simaları” əfv edib ki, açığı onların həbsdən azad olunmasını çox şərhçi və müşahidəçilər gözləməyiblər. Bütün bu gözləntilərə rəğmən İlham Əliyev bu addımları könül xoşluğu və cəsarətlə atıb. Çünki Prezident İlham Əliyev güclü lider, əsl dövlət adamıdır. O, hətta ən sərt düşmənini belə əfv edəcək qədər böyük şəxsiyyətdir.
Məşhur bir pritçanı xatırladım. “Biri sənə pislik edərsə, sən ona necə cavab verərsən”- deyə müdrik Şərq alimindən soruşurlar. “Yaxşılıqla cavab verərəm” deyən Müdrikə “bir daha pislik edərsə” və bunu israrla davam etdirirsə deyildiyində “o dediyiniz şəxslər öz pisliyindən əl çəkmirlərsə, mən niyə yaxşılığımdan əl çəkməliyəm ki?” – çox təsirli cavab verir. Xüsusilə dövlət və milli bayramlarda həbsdən azad olunan həmin insanlar arasında ölkə başçısına ən qatı düşmən olanlar da, dövlət çevrilişinə cəhd edənlər də olub. Faktiki olaraq öz rəqiblərinə mərhəmətli davranmaqdan çəkinməyən Prezidentin bu mövqeyi bir çox hallarda düşmənləri tərəfindən də müsbət qiymətləndirilib.
Çox təəssüf ki, cəmiyyətdə bəlli bir təbəqə var ki, onlar hüquqlarını car çəkə bilir, amma vəzifələrinin olduğunu unudur. Cənab Prezidentin son 75 gündə atdığı addımlar, dövlətimizin, millətimizin xeyiri naminə apardığı radikal islahatlar bir çoxlarını nokauta salıb. Baxın, bir daha sübut olunur ki, ölkədə baş verən bütün müsbət dəyişikliklərin hamısı Prezident İlham Əliyevin iradəsi daxilindədir. Proses o qədər sürətli, o qədər çevik və tutarlıdır ki, hətta rasional düşüncəlilər belə situasiyanı tam anlayıb, vəziyyəti aydın izah edə bilmirlər. Çatdırmaq olmur. Təkrar edirəm, rasionallar. Təsəvvür edin ki, Avropa Birliyinin rəsmi açıqlamasında Cənab Prezidentin son addımları yüksək qiymətləndirilir, gələcək əməkdaşlıqda bir daha maraqlı olduqlarını bildirdilər. Hətta bir çox müxalif liderlər Prezidentin son əfv fərmanını yüksək qiymətləndirdilər, ən radikal yazarlar belə etiraflar etdilər. Amma nə edəsən ki, son hadisələri layiqincə qiymətləndirməyi bacarmayanlar da var, bunu açıq dilə gətirmək istəmir, prosesləri hansısa aksiya, toplantı və təbii ki, xarici qüvvələrə bağlayırlar. Budur mənəvi deqradasiya, məğlubiyyətdən məyusluq və ali hisslərin itirilməsi. Sözsüz ki, bu cür yanaşmalar Prezidentin mərhəmət hissinə təsir etməyəcək, qeyd etdiyim pritçadakı kimi, yaxşılıq davamlı ediləcək.
Yekunda Cənab Prezidentin ənəvi Novruz təntənələri zamanı dediyi bu sözləri qeyd etmək istərdim: "Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin. Novruz bayramınız mübarək olsun!”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019