Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gəncədə Novruz bayramı təmtəraqlı qeyd olunur - Fotolar
Tarix: 21.03.2019 | Saat: 16:38:00
Bölmə:Sosial | çapa göndər

Milli bayramımız olan Novruz Gəncədə təmtəraqlı qeyd olunur.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bayram günlərimdə şəhərin əsas nöqtəsində - Heydər Əliyev meydanında bayram şənlikləri təşkil olunub. Bayram şənliklərinin keçirildiyi yerdə böyük səhnə quraşdırılıb. Estradamızın tanınmış nümayəndələri repertuarlarından seçmələr səsləndirirlər.

Meydanın mərkəzində 4-5 metrlik böyük səməni quraşdırılıb. Gəncənin tarixiliyini əks etdirən ornamentlər yer alıb. Böyük İpək yolunun üzərində yerləşən şəhərin ticarət mərkəzi olması ilə bağlı mənzərələr - tacirlər, dəvə karvanları, karvansara mənzərələri əks olunub.

Xarici və yerli mətbəxin təamlarının ucuz qiymətlərə satıldığı stendlər quraşdırılıb. Kosa və keçəl öz maraqlı replikaları ilə bayram şənliyinə qatılanları əyləndirib. Bundan başqa, balacalar üçün meydanda səyyar uşaq əyləncə mərkəzləri təşkil edilib. Şən klounlar balacaları əyləndirirlər.

Eyni zamanda, şəhərin mərkəzində ətraf kəndlərdən gələn fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Yarmarka təşkil edilib. Kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr alıcılara bazardakından da ucuz qiymətlərə təklif olunur.

Gəncənin tarixi yerlərindən olan Xan bağı da bayram ab havasına bürünüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019