Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan-İran münasibətlərində yeni mərhələ: Müştərək ticarət şirkəti və investisiya fondları
Tarix: 22.03.2019 | Saat: 15:48:00
Bölmə:Gündəm | çapa göndər

İran və Azərbaycan müştərək ticarət şirkəti yaratmaq, həmçinin sığorta sahəsində əməkdaşlıq etmək niyyətindədirlər.

Hafta.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpəsənd deyib.

Nazir qeyd edib ki, İranla Azərbaycan arasında münasibətlər hazırda yaxşı səviyyədədir, tərəflər əməkdaşlığın səviyyəsinin artırılması üçün səylər göstərir.

F.Dejpəsənd vurğulayıb ki, hər iki dövlət başçısı ikitərəfli münasibətlərin inkişafı üçün ciddi iradəyə malikdir.

Azərbaycan və İran beynəlxalq ticarət şirkəti yaradacaqlar

Nazir bildirib ki, hər iki ölkə birgə beynəlxalq ticarət şirkətinin yaradılması imkanlarını nəzərdən keçirir.

F.Dejpəsənd əlavə edib ki, tərəflər, həmçinin birgə investisiya şirkətləri və fondları yaratmaq niyyətindədirlər.

Onun sözlərinə görə, bu, iki ölkənin iş adamları arasında qarşılıqlı əməkdaşlığı sadələşdirəcək: "Müvafiq şirkətlərin fəaliyyətə başlaya bilməsi üçün biz bütün lazımi tədbirləri görəcəyik".

"Şimal-Cənub" layihəsinin həyata keçirilməsinin gedişatı

Nazirin sözlərinə görə, hazırda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu ilə bağlı kiçik texniki problem var.

F.Dejpəsənd təfərrüatları açıqlamadan qeyd edib ki, bu məsələnin ilkin müzakirələri onun 14-15 mart Bakıya səfəri zamanı aparılıb: "Yaxın zamanlarda mən bu məsələni İranda müzakirə etməyi planlaşdırıram və tez bir zamanda biz bu texniki problemi aradan qaldıracağıq".

O qeyd edib ki, Rəşt-Astara dəmir yolu gözlənildiyi kimi, yaxın iki il ərzində istismara veriləcək.

Azərbaycan və İran sığorta müqaviləsi imzalayacaqlar

Nazir qeyd edib ki, Azərbaycan və İran, həmçinin ticarət sahəsinə aid olan sığorta sazişi imzalamağı planlaşdırırlar.

Onun sözlərinə görə, saziş bir-birinin ölkəsini ziyarət edən vətəndaşlara və qonşu ölkədə əməkdaşlıq qurmaq niyyətində olan şirkətlərə sığorta xidmətlərindən rahat istifadə etmək imkanı verəcək:

"Hər iki dövlət vətəndaşların qarşılıqlı əlaqələrin qurulmasında heç bir probleminin olmaması üçün çalışır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019