Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azercell" əmək sərgisində iştirak edib - FOTO
Tarix: 22.03.2019 | Saat: 16:06:00
Bölmə:Sosial | çapa göndər

 

Ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən, tələbələrin inkişafına dair müxtəlif proqramlar həyata keçirən, gənclərin karyera qurmasına böyük dəstək göstərən “Azercell Telekom” MMC daha bir karyera sərgisində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı Mühəndislik Universitetində “Karyerada ilk addım” devizin altında təşkil olunan sərgiyə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri də qatılıblar. Departament əməkdaşları işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

60-dan çox nüfuzlu dövlət və özəl qurumların iştirak etdiyi sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunlara ölkənin aparıcı sektorlarında fəaliyyət göstərən şirkətlərlərdə iş imkanları və aktiv vakansiyalar barədə məlumat təqdim etməkdir.

Qeyd edək ki, Azercell şirkəti daima tələbələrin peşəkar inkişafına töhvə verir və telekommunikasiya sahəsində karyeralarını qurmaq istəyən tələbər üçün müxtəlif layihələr keçirir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019