Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dubayda Bürc Xəlifənin üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb
Tarix: 23.03.2019 | Saat: 10:45:00
Bölmə:Dünya | çapa göndər

Dubayda dünyanın ən hündür göydələni olan Bürc Xəlifənin üzərinə Yeni Zelandiya Baş naziri Casinda Ardernin terror aktı nəticəsində həlak olan müsəlmanların ailə üzvünü qucaqlayan yerdə şəkli yerləşdirilib.

BƏƏ, Kraystçyorç şəhərindəki iki məsciddə törədilən terror aktlarından sonra müsəlmanlara göstərdiyi dəstəyə görə Yeni Zelandiyaya bu şəkildə minnətdarlıq ifadə edib.

BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum "Twitter" səhifəsində Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə və Yeni Zelandiyaya bütün dünya müsəlmanlarını sarsıdan terror aktından sonra 1,5 milyard müsəlmanın hörmətini qazanan səmimi mərhəmət və dəstəyə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyadakı iki məsciddə törədilən terror aktları zamanı 50 nəfər öldürülüb, onlarla insan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019