Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ölkə prezidenti yüksək humanizm və böyüklük nümayiş etdirdi - Elçin Quliyev
Tarix: 23.03.2019 | Saat: 14:46:00
Bölmə:Siyasət | çapa göndər

Novruz bayramı ərəfəsində yüzlərlə ailənin sevincinə səbəb olan ən mühüm qərarlardan biri əfv sərəncamı oldu. Belə ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ilə bir çox məhbuslar azadlığa buraxıldı, ömürlük həbs olunanların isə cəza müddəti azaldıldı.

Prezidentin əfv sərəncamını hafta.az-a şərh edən deputat Elçin Quliyev dedi ki, hər bir cinayətin səhv addım olduğunu qəbul etsək, deməli bu cinayətə görə cəzanın cəkilməsi də zəruridir:

"Ölkə prezidentinin yüksək humanizm və böyüklük nümayiş etdirərək 431 nəfərə şamil edilən əfv sərəncamı imzalaması müqəddəs Novruz bayramı ərəfəsində xalqımıza ən yaxşı bayram hədiyyəsidir. Bu, yüzlərlə ailəyə sevinc payı bəxş edən bir hədiyyədir. 399 nəfərin azadlıqdan mehrumetmə növündə cəzasının çəkilməmiş hissəsinin əfv edilməsi xüsusilə təqdirəlayiqdir. İki nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi, habelə, keçmiş səhiyyə naziri Əli İnsanovun da cəzasının cəkilməmiş hissəsindən azad edilməsi bu sərəncama daha yüksək humanizm çalarları qatır”.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub. Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, "Nida" hərəkatının üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank" ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019