Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycanda insanlar "küçə musiqisi”nə çox da meyl göstərmirlər" - Gənc gitaraçı
Tarix: 23.03.2019 | Saat: 14:29:00
Bölmə:Müsahibə | çapa göndər

Son zamanlar Bakıda sakinlərin gediş-gəlişinin çox olduğu yerlərdə küçə musiqisi ilə məşğul olan musiqiçilərin sayı xeyli artıb. Onların sırasında gənclər üstünlük təşkil edir.

Belə gənclərdən biri də Pərvizdir. Özünün zövq oxşayan ifası ilə həm şəhər sakinlərinin diqqətini cəlb edir, həm də pul qazanır. Onunla elə Sahil metrosuna yaxın keçiddə görüşüb söhbətləşdik:

- Özünüzü təqdim edərdiniz...

- Babayev Pərviz Eldar oğlu. 1992 -ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi də burada xumuşam. Hazırda da Bakı şəhərində yaşayıram.

- Nə vaxtadan gitara ilə çalıb- oxuma istedadınızı kəşf etdiniz?

- Gitara həvəsi məndə uşaqlıdan var idi. Orta məktəb illərində həvəsim daha da yüksəlirdi. 2010–cu ildən bu işə başlamışam. Hələ ki, davam edirik.

- Təhsiliniz varmı?

- Konkret olaraq təhsilim musiqi sənəti deyil. Başqa sahə üzrə oxumuşam. Ancaq marağım, istəyim hər zaman musiqi olub. Ona görə də sahəmə uyğun işləmirəm.

- Ailən sənin küçədə, yeraltı keçiddə gitara çalmağına necə baxır?

- Çox yaxşı qarşıladılar. Çünki ailədə musiqiyə həvəs var. Elə atam da musiqi ilə məşğul olur.

- Bəs dost-tanış necə qarşılayır sizi, digər insanlar maraq göstərirlərmi?

- Yaxşı qarşılanır. “Küçə musiqisi” Azərbaycanda təzədir. İnsanlar çox da meyl göstərmirlər. Daha doğrusu ciddi qəbul etmirlər. Edənlər də az deyil. Ancaq yüksək səviyyədə onu görə bilmirik.

- Bütün günü burada vaxtınız gedir, gəliriniz sizi qane edirmi?

- Bəs edir. Azərbaycanda bir sahə üzrə çalışıb yaşamaq çox çətindir. Gitaraya təlabat o qədər də yoxdur. Ancaq pis də deyil. Dolanırıq.

- “Küçə musiqisi” deyirsiniz, bəs siz bunu ölkədə daha tanıtmaq üçün addımlar atırsınızmı?

- Mükəmməl səviyədə olması üçün çox istərdik nəsə edək. Ancaq əlimizdən böyük heç nə gəlmir. Mənim kimi digər həmkarlar da var. Şəhərin müxtəlif yerlərində gitara ilə çalıb-oxuyurlar.

- Mətbuatdan heç maraqlananlar olurmu, televiziyadan qonaq kimi dəvətlər almısız?

- İrəli getmək üçün dəstək yoxdur. Çağırıblar. Bir-iki dəfə olub. Ama daha maraqlanan yoxdur.

- Oxuduğunuz mahnılar kimin yaradıcıllığından olur?

- Təlabat təmamilə başqa janrlaradır. Meyxana üslubunda oxunanlar daha çox dinlənilir. Biz də dolanmaq üçün təlabata uyğun mahnılar səsləndiririk. Özüm ən çox klassik mahnılarımızı dinləyirəm. Hətta belə səsləndirirəm də...

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019