Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Siqaretlər, mobil telefon aksesuarları və kürü aşkar edilib - FOTO
Tarix: 24.03.2019 | Saat: 13:06:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "VAZ -21013" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Hafta.az-a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd "Marlboro" markalı siqaret, 10 ədəd "Apple" markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ -21063" markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret və 10 ədəd "Apple" markalı qulaqcıq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
20.04.2019 Xaçmazda ev yanıb
20.04.2019 Piralda ev yanıb

Xəbərə şərh yaz
21.04.2019
20.04.2019